SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əfqanıstanda baş verənlər regionu hansı təhlükələrlə üz-üzə qoyur – ekspert şərhi

© Sputnik / Murad OrujovYaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu - Sputnik Azərbaycan, 1920, 15.08.2021
Abunə olmaq
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, bu gün Əfqanıstanda baş verənlər təkcə bu ölkənin daxilində baş verən dəyişiklik kimi xarakterizə edilə bilməz
Vüqar Zifəroğlu: “Bu regiondakı qonşu ölkələr üçün təhdidlər formalaşdıra bilər”
“ABŞ qoşnlarının geri çəkilməsindən sonra “Taliban”ın fəallığının artmasının gördük”. Bunu Sputnik Azərbaycan-a Əfqanıstandakı gərgin vəziyyəti şərh edirəkən Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu deyib.
Politoloq bildirib ki, “Taliban”ın məqsədi təkcə İran üzərindən gedən yolları ələ keçirməkdən ibarət deyil: “Onlar Orta Asiya üzərində də müəyyən keçidlər əldə ediblər. Məhz bunla bağlı Pakistan rəsmilərinin ciddi açıqlamalarının şahidi olduq. Həmin açıqlamalarda Mərkəzi Asiya ölkələri üçün artan təzyiqlə bağlı həyəcan ifadə olunurdu. “Taliban”ın Əfqanıstanda güclənməsi digər radikal qrupların orada formalaşması üçün imkan yaradır. Bu isə regiondakı qonşu ölkələr üçün təhdidlər formalaşdıra bilər. Yəni bu gün Əfqanıstanda baş verənlər təkcə bu ölkənin daxilində baş verən dəyişiklik kimi xarakterizə edilə bilməz. Burada məsələ həm də Çin faktoru ilə bağlıdır. Əfqanıstanda baş verənlər Çinin geosiyasi və geoiqtisadi layihəsi olan “Bir Kəmər, Bir Yol”u da təhdid altına alır”.
Vüqar Zifəroğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
 
Xəbər lenti
0