CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda dənizdə batan 14 yaşlı oğlanın meyiti tapılıb

© Sputnik / Murad OrujovBakıda çimərlik
Bakıda çimərlik - Sputnik Azərbaycan, 1920, 15.08.2021
Abunə olmaq
N.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb
BAKI, 15 avqust — Sputnik. Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında, dənizdə ("Tağıyev" sularda xilasetmə məntəqəsindən təxminən 4 km aralı, nəzarətsiz ərazi) batan 2007-ci il təvəllüdlü Əhmədov Nahid Namiq oğlunun axtarışları başa çatıb.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, N.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Həmçinin oxuyun:
Avqustun 16-na olan hava proqnozu
Xəbər lenti
0