https://sputnik.az/20210815/Sankt-Peterburq-teatrnin-quyruqlu-mufettisi-427691010.html
Sankt-Peterburq teatrının quyruqlu müfəttişi
Sankt-Peterburq teatrının quyruqlu müfəttişi
Sputnik Azərbaycan
Quyruqlu müfəttiş. Sankt-Peterburq teatrında yaşayan pişik həm də oranın "işçisidir".Ətraflı videomuzda. 15.08.2021, Sputnik Azərbaycan
2021-08-15T12:08+0400
2021-08-15T12:08+0400
2021-11-17T00:01+0400
video
multimedia
xəbərlər
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0d/427690975_10:0:1920:1080_1920x0_80_0_0_1204625ef706cb5641313d5a52e9e827.jpg
Sankt-Peterburqun Arkadi Raykin adına Estrada Teatrında qeyri-adi bir işçi var. Yakov Fişerman adlı bu işçi... əslində pişikdir.Teatrın reklam meneceri Yelena Maxinanın sözlərinə görə, Yakov Fişerman pişiyin pasportunda qeyd olunan adıdır. Yakov Moiseyeviç mədəniyyət ocağında bu ilin aprelindən yaşayır."Onu bizə Boris Mixayloviç Piotrovski (Sankt-Peterburqun vitse-qubernatoru – red.) bağışlayıb. Biz Yakov Moiseyeviçlə tanış olmaq üçün "Pişiklər respublikası" kafesinə getdik, ancaq pişiyi teatrımıza bütün sənədləri imzaladıqdan, bütün şərtləri yerinə yetirdikdən sonra göndərdilər", - Yelena Maxina deyib.Pişik təkcə mədəniyyət ocağının səhnəsində gəzişməklə gününü keçirmir, o həm də "repertuarın məşqində iştirak edir və teatrda vəziyyətə baxır".Yakov Moiseyeviçin hətta titulu da var. Bu ilin baharında o, "Paytaxtın mədəni pişikləri" layihəsində iştirak edib. Ən mədəni dördayaqlı əməkdaşların yarışında Yakov Moiseyeviç qalib gəlib."Onlar (tamaşaçılar – red.) aktiv şəkildə səs verirdilər, Yakov Moiseyeviç buna görə onlara çox minnətdardır. Teatr pişikləri arasında birinci yer bizimdir", - Yelena Maxina deyib.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0d/427690975_202:0:1920:1080_1920x0_80_0_0_ea6a5ae57a4648746c575580f36071e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
multimedia, xəbərlər, dünya, azərbaycan
multimedia, xəbərlər, dünya, azərbaycan
Sankt-Peterburq teatrının quyruqlu müfəttişi
12:08 15.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Quyruqlu müfəttiş. Sankt-Peterburq teatrında yaşayan pişik həm də oranın "işçisidir".Ətraflı videomuzda.
Sankt-Peterburqun Arkadi Raykin adına Estrada Teatrında qeyri-adi bir işçi var. Yakov Fişerman adlı bu işçi... əslində pişikdir.
Teatrın reklam meneceri Yelena Maxinanın sözlərinə görə, Yakov Fişerman pişiyin pasportunda qeyd olunan adıdır. Yakov Moiseyeviç mədəniyyət ocağında bu ilin aprelindən yaşayır.
"Onu bizə Boris Mixayloviç Piotrovski (Sankt-Peterburqun vitse-qubernatoru – red.) bağışlayıb. Biz Yakov Moiseyeviçlə tanış olmaq üçün "Pişiklər respublikası" kafesinə getdik, ancaq pişiyi teatrımıza bütün sənədləri imzaladıqdan, bütün şərtləri yerinə yetirdikdən sonra göndərdilər", - Yelena Maxina deyib.
Pişik təkcə mədəniyyət ocağının səhnəsində gəzişməklə gününü keçirmir, o həm də "repertuarın məşqində iştirak edir və teatrda vəziyyətə baxır".
Yakov Moiseyeviçin hətta titulu da var. Bu ilin baharında o, "Paytaxtın mədəni pişikləri" layihəsində iştirak edib. Ən mədəni dördayaqlı əməkdaşların yarışında Yakov Moiseyeviç qalib gəlib.
"Onlar (tamaşaçılar – red.) aktiv şəkildə səs verirdilər, Yakov Moiseyeviç buna görə onlara çox minnətdardır. Teatr pişikləri arasında birinci yer bizimdir", - Yelena Maxina deyib.