QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyi: gizirin həyatını xilas etmək mümkün olmayıb

© Photo : TRENDПохороны шехида Тебриза Ибрагимова
Похороны шехида Тебриза Ибрагимова - Sputnik Azərbaycan, 1920, 15.08.2021
Abunə olmaq
"Gizir M.Əhmədov 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub".
BAKI, 15 avqust — Sputnik. Müdafiə Nazirliyi vəfat etmiş gizir Əhmədov Mirzə Balaqardaş oğlu ilə bağlı açıqlama verib. Bu barədə Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir.
"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə gizir Əhmədov Mirzə Balaqardaş oğlunun Vətən müharibəsi zamanı yaralanması və 8 ay komada qaldıqdan sonra şəhid olması barədə məlumat yayılıb. Bildiririk ki, gizir M.Əhmədov 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub", - deyə açıqlamada bildirilir.
"Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və M.Əhmədov dünən vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir", - deyə nazirlikdən əlavə edilib.
Həmçinin oxuyun:
Kəlbəcərdə həlak olan zabitimiz dəfn olunub
Xəbər lenti
0