CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kəlbəcərdə həlak olan zabitimiz dəfn olunub

© AR Ministry of DefenceАзербайджанский военнослужащий на боевой позиции, фото из архива
Азербайджанский военнослужащий на боевой позиции, фото из архива  - Sputnik Azərbaycan, 1920, 14.08.2021
Abunə olmaq
Mərasimdə zabitin yaxınları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər. Vida mərasimindən sonra Eldar Həsənli Yevlax rayonu, Salahlı kəndi qəbristanlığında dəfn olunub.
BAKI, 14 avqust - Sputnik. Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan leytenant Həsənli Eldar Müşfiq oğlu dəfn edilib.
Sputnik Azərbaycan xəbər verir ki, hərbçi ilə vida mərasimi onun ailəsinin yaşadığı Mingəçevir şəhərində keçirilib. Mərasimdə zabitin yaxınları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Vida mərasimindən sonra Eldar Həsənli Yevlax rayonu, Salahlı kəndi qəbristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
Qeyd edək ki, avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olublar.
Eləcə də oxuyun:
Düşmən dinc oturmur - Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozub
Azərbaycan Ordusunun zabiti bədbəxt hadisə nəticəsində həlak olub
Minaya düşən ANAMA əməkdaşının son durumu açıqlandı
Xəbər lenti
0