Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əfqanıstan prezidenti Tacikistana uçub

© © The Presidential Palace via APПрезидент Афганистана Ашраф Гани, фото из архива
Президент Афганистана Ашраф Гани, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.08.2021
Xəbərlərə abunə olun
Tacikistana çatdıqdan sonra Əşrəf Qani üçüncü ölkəyə yola düşəcək. Əfqanıstan prezidentinin ondan sonra hara yollanacağı dəqiqləşdirilmir.
BAKI, 15 avqust — Sputnik. Əfqanıstan prezidenti Əşrəf Qani təyyarə ilə Kabildən Tacikistana yola düşüb. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Asiya-Plus” agentliyinə hökumət məmuru Səccad Nuristani məlumat verib.
Onun sözlərinə görə, Tacikistana çatdıqdan sonra Əşrəf Qani üçüncü ölkəyə yola düşəcək. Əfqanıstan prezidentinin hara yollanacağı dəqiqləşdirilmir.
Nuristaninin sözlərinə görə, prezidenti milli təhlükəsizlik üzrə müşavir Həmdulla Muhib və administrasiyanın rəhbəri Fəzl Mahmud Fəzli müşayiət edirlər.
Bir qədər əvvəl Qaninin prezident sarayında Taliban hərəkatı nümayəndələri ilə danışıqlardan sonra prezident səlahiyyətlərindən əl çəkəcəyi bildirilib. Hakimiyyətin ötürülməsi bu gün, avqustun 15-də baş verməlidir.
Avqustun 15-də gündüz saatlarında taliban Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarət etdiyini elan edib.
Həmçinin oxuyun:
Əfqanıstanda baş verənlər regionu hansı təhlükələrlə üz-üzə qoyur – ekspert şərhi
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала