https://sputnik.az/20210813/lillr-veriln-avtomobillr-dvlt-qeydiyyat-nian-olmadan-idar-edilir-427690915.html
Əlillərə verilən avtomobillər dövlət qeydiyyat nişanı olmadan idarə edilir? DİN açıqladı
Əlillərə verilən avtomobillər dövlət qeydiyyat nişanı olmadan idarə edilir? DİN açıqladı
Sputnik Azərbaycan
Dövlət Yol Polisi əməkdaşları bu gün də yollarda izibati xəta törətmiş əlilliyi olan şəxsləri saxlayaraq onlarla profilaktik söhbətlər aparır, bir daha qayda... 13.08.2021, Sputnik Azərbaycan
2021-08-13T15:16+0400
2021-08-13T15:16+0400
2021-11-17T00:01+0400
xəbərlər
cəmiyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41173/05/411730510_0:203:1999:1333_1920x0_80_0_0_5a2fe3f2d7b4eb2e657de52dd3ae5dbc.jpg
BAKI, 13 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əlillərə verilən avtomobillərin bəzi hallarda dövlət qeydiyyat nişanı olmadan idarə edilməsi barədə yayılan iddialara münasibət bildirib.Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar Baş İdarədən AZƏRTAC-a daxil olan məlumatda bildirilib: "Təəssüflə qeyd edirik ki, bu gün ictimai müzakirəyə səbəb olan faktlar da danılmazdır. Çünki əlilliyi olan bəzi şəxslər sui-istifadə hallarına yol verərək nəqliyyat vasitələrini dövlət qeydiyyat nişanı olmadan nümayişkəranə şəkildə idarə edir ki, bu da kobud qayda pozuntusu olmaqla yanaşı, həm də qanunlara və digər hərəkət iştirakçılarına hörmətsizlik ifadə edir".Açıqlamada, həmçinin qeyd edilib ki, avtomobilin dövlət qeydiyyat nişanı olmadan idarə edilməsi sürücüdə inzibati məsuliyyətdən yayına biləcəyi barədə yanlış təsəvvür formalaşdırır. Bu da onu təkrar və daha təhlükəli qayda pozuntuları törətməyə və bununla da həm özünün, həm də digər günahsız insanların həyat və sağlamlığının itirilməsi ilə nəticələnəcək qəzalara sövq edir: "Qanunun aliliyini rəhbər tutaraq belə xoşagəlməz hallara qarşı loyal mövqedə olmadığını dəfələrlə həyata keçirdiyi qətiyyətli tədbirlərlə bəyan edən Dövlət Yol Polisi əməkdaşları bu gün də yollarda izibati xəta törətmiş əlilliyi olan şəxsləri saxlayaraq onlarla profilaktik söhbətlər aparır, bir daha qayda pozuntularına yol verməmələrinə dair onlara xəbərdarlıq edirlər. Xəbərdarlığa baxmayaraq, qaydaları təkrar pozan sürücülər barəsində isə qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülür"."Hər zaman sevgi və qayğı ilə əhatə olunan fiziki məhdudiyyətli insanlar, müharibə veteranları arasından bəzən bir şəxsin qanunlara qarşı hörmətsizlik nümayiş etdirməsi bu kateqoriyadan olan digər şəxslərə qarşı cəmiyyətdə mənfi rəyin formalaşmasına rəvac verir", - deyə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.Həmçinin oxuyun:Müharibə əlilləri və şəhid ailələri üçün əlavə dəstək tədbirləri görüləcəkŞəhid ailələrinə, müharibədə xəsarət alanlara, əlillərə bu xidmətlər göstəriləcək
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41173/05/411730510_0:75:1999:1333_1920x0_80_0_0_1c646f14ffee2cb64e140f14ad6e8639.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Əlillərə verilən avtomobillər dövlət qeydiyyat nişanı olmadan idarə edilir? DİN açıqladı
15:16 13.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Dövlət Yol Polisi əməkdaşları bu gün də yollarda izibati xəta törətmiş əlilliyi olan şəxsləri saxlayaraq onlarla profilaktik söhbətlər aparır, bir daha qayda pozuntularına yol verməmələrinə dair onlara xəbərdarlıq edirlər.
BAKI, 13 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əlillərə verilən avtomobillərin bəzi hallarda dövlət qeydiyyat nişanı olmadan idarə edilməsi barədə yayılan iddialara münasibət bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar Baş İdarədən AZƏRTAC-a daxil olan məlumatda bildirilib: "Təəssüflə qeyd edirik ki, bu gün ictimai müzakirəyə səbəb olan faktlar da danılmazdır. Çünki əlilliyi olan bəzi şəxslər sui-istifadə hallarına yol verərək nəqliyyat vasitələrini dövlət qeydiyyat nişanı olmadan nümayişkəranə şəkildə idarə edir ki, bu da kobud qayda pozuntusu olmaqla yanaşı, həm də qanunlara və digər hərəkət iştirakçılarına hörmətsizlik ifadə edir".
Açıqlamada, həmçinin qeyd edilib ki, avtomobilin dövlət qeydiyyat nişanı olmadan idarə edilməsi sürücüdə inzibati məsuliyyətdən yayına biləcəyi barədə yanlış təsəvvür formalaşdırır. Bu da onu təkrar və daha təhlükəli qayda pozuntuları törətməyə və bununla da həm özünün, həm də digər günahsız insanların həyat və sağlamlığının itirilməsi ilə nəticələnəcək qəzalara sövq edir: "Qanunun aliliyini rəhbər tutaraq belə xoşagəlməz hallara qarşı loyal mövqedə olmadığını dəfələrlə həyata keçirdiyi qətiyyətli tədbirlərlə bəyan edən Dövlət Yol Polisi əməkdaşları bu gün də yollarda izibati xəta törətmiş əlilliyi olan şəxsləri saxlayaraq onlarla profilaktik söhbətlər aparır, bir daha qayda pozuntularına yol verməmələrinə dair onlara xəbərdarlıq edirlər. Xəbərdarlığa baxmayaraq, qaydaları təkrar pozan sürücülər barəsində isə qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülür".
"Hər zaman sevgi və qayğı ilə əhatə olunan fiziki məhdudiyyətli insanlar, müharibə veteranları arasından bəzən bir şəxsin qanunlara qarşı hörmətsizlik nümayiş etdirməsi bu kateqoriyadan olan digər şəxslərə qarşı cəmiyyətdə mənfi rəyin formalaşmasına rəvac verir", - deyə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.