https://sputnik.az/20210813/Yevlax-sakininin-anasini-oldurmesi-barede-melumat-heqiqeti-eks-etdirmir-427692821.html
Yevlax sakininin anasını öldürməsi barədə məlumat həqiqəti əks etdirmir
Yevlax sakininin anasını öldürməsi barədə məlumat həqiqəti əks etdirmir
Sputnik Azərbaycan
Hazırda Yevlax rayon prokurorluğunda araşdırma davam etdirilir. Baş Prokurorluq rəsmi istinada söykənməyən və dəqiqləşdirilməmiş məlumatları yaymaqdan... 13.08.2021, Sputnik Azərbaycan
2021-08-13T18:45+0400
2021-08-13T18:45+0400
2021-11-17T00:01+0400
xəbərlər
hadisə
cəmiyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168662_0:370:2785:1936_1920x0_80_0_0_97314edfde9428e45121d9a6346ac8e4.jpg
BAKI, 13 avqust — Sputnik. Baş Prokurorluq Yevlax rayon sakini Gülnaz Həsənovanın ölümü ilə bağlı məlumata dair açıqlama yayıb. Sputnik Azərbaycan Baş Prokurorluğun mətbuat xidmətinə istinadən bildirilir ki, Yevlax rayon sakininin sərxoş vəziyyətdə anasını boğaraq öldürməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir.Mətbuat xidmətinin məlumatında qeyd olunur ki, avqustun 12-də saat 23 radələrində Yevlax rayonu Kövər kənd sakini 1957-ci il təvəllüdlü Həsənova Gülnaz Möhübbət qızının yaşadığı evdə vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, Gülnaz Həsənovanın meyitinin xarici müayinəsi zamanı onun bədənində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib.İlkin araşdırma zamanı müəyyən olunub ki, mərhum Gülnaz Həsənova şəkər və təzyiq xəstəliyi ilə əlaqədar özünü yaxşı hiss etmədiyini bildirərək iynə vurdurmaq üçün qonşuda yaşayan tibb bacısının evinə gedərkən qonşunun qapısının qarşısında huşunu itirərək vəfat edib.Araşdırma zamanı mərhumun oğlunun və digər şəxslərin izahatları alınıb, Gülnaz Həsənovanın ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib.Hazırda Yevlax rayon prokurorluğunda araşdırma davam etdirilir.Baş Prokurorluq rəsmi istinada söykənməyən və dəqiqləşdirilməmiş məlumatları yaymaqdan çəkinməyə çağırır.Həmçinin oxuyun:Baş prokurorluq Yeganə Əmiraslanova ilə bağlı açıqlama yaydı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168662_0:0:2581:1936_1920x0_80_0_0_c06a66e4919605540215642e6883a3f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Yevlax sakininin anasını öldürməsi barədə məlumat həqiqəti əks etdirmir
18:45 13.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Hazırda Yevlax rayon prokurorluğunda araşdırma davam etdirilir. Baş Prokurorluq rəsmi istinada söykənməyən və dəqiqləşdirilməmiş məlumatları yaymaqdan çəkinməyə çağırır.
BAKI, 13 avqust — Sputnik. Baş Prokurorluq Yevlax rayon sakini
Gülnaz Həsənovanın ölümü ilə bağlı məlumata dair açıqlama yayıb.
Sputnik Azərbaycan Baş Prokurorluğun mətbuat xidmətinə istinadən bildirilir ki, Yevlax rayon sakininin sərxoş vəziyyətdə anasını boğaraq öldürməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir.
Mətbuat xidmətinin məlumatında qeyd olunur ki, avqustun 12-də saat 23 radələrində Yevlax rayonu Kövər kənd sakini 1957-ci il təvəllüdlü Həsənova Gülnaz Möhübbət qızının yaşadığı evdə vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, Gülnaz Həsənovanın meyitinin xarici müayinəsi zamanı onun bədənində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib.
İlkin araşdırma zamanı müəyyən olunub ki, mərhum Gülnaz Həsənova şəkər və təzyiq xəstəliyi ilə əlaqədar özünü yaxşı hiss etmədiyini bildirərək iynə vurdurmaq üçün qonşuda yaşayan tibb bacısının evinə gedərkən qonşunun qapısının qarşısında huşunu itirərək vəfat edib.
Araşdırma zamanı mərhumun oğlunun və digər şəxslərin izahatları alınıb, Gülnaz Həsənovanın ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib.
Hazırda Yevlax rayon prokurorluğunda araşdırma davam etdirilir.
Baş Prokurorluq rəsmi istinada söykənməyən və dəqiqləşdirilməmiş məlumatları yaymaqdan çəkinməyə çağırır.