https://sputnik.az/20210813/Cevahirlel-Nehrunu-heyran-eden-azerbaycanli-mugenninin-80-yasi-tamam-olur-427690617.html
Cəvahirləl Nehrunu heyran etmişdi, indi xəstəlik heydən salıb
Cəvahirləl Nehrunu heyran etmişdi, indi xəstəlik heydən salıb
Sputnik Azərbaycan
Uzun müddətdir ki, səhhətindəki problemlərə görə televiziya kanallarından uzaqlaşan müğənni "İntizar", "Tələbəlik illəri", "Sən yadıma düşəndə", Bağışla", "Bu... 13.08.2021, Sputnik Azərbaycan
2021-08-13T16:13+0400
2021-08-13T16:13+0400
2021-08-13T16:03+0400
xəbərlər
mədəniyyət
cəmiyyət
tarixdə bu gün
https://cdnn1.img.sputnik.az/img/07e5/05/05/426871018_0:0:1000:566_1920x0_80_0_0_ae5201090abfc287d39f7274f9d9a0c1.jpg
BAKI, 13 avqust — Sputnik. Bu gün Azərbaycan Respublikasının xalq artisti Elmira Rəhimovanın doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, o, 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Musiqi Texnikumunu və Azərbaycan Dövlət Dillər İnstitutunu bitirən sənətkar 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti olub.50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb. Hindistanın Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961) Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edən müğənni dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib.Elmira Rəhimova bir müddət Hindistanda yaşayıb. Müğənninin açıq səma altında oxuduğu Qənbər Hüseynlinin "Cücələrim" mahnısı hind tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Ən maraqlısı odur ki, 30 minlik hind tamaşaçısı mahnını xorla oxuyub və sonra müğənnidən həmin mahnını təkrar etməsini xahiş ediblər.Xalq artisti uzun müddətdir ki, səhhətində yaranan problemlərə görə televiziya kanallarından uzaqlaşıb. "İntizar", "Tələbəlik illəri", "Sən yadıma düşəndə", Bağışla", "Bu bəyaz gecədə", "Mən qurbanam", "Dinlə məni sevgilim", "Bir xumar baxış" və s. kimi 100-lərlə mahnının müəllifidir.Müğənnini Anand adında bir oğlu və iki nəvəsi var.Qeyd edək ki, Xalq artisti bir müddət öncə dünyanı cənginə alan koronavirusa yoluxmuşdu. İndi nəvəsinin də ağır xəstəliklə mübarizə apaması müğənninin ruh düşkünlüyünə səbəb olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/05/426871018_0:0:1000:630_1920x0_80_0_0_43b19d98a46c3a46f6ccf119c0493be1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, tarixdə bu gün
Cəvahirləl Nehrunu heyran etmişdi, indi xəstəlik heydən salıb
Uzun müddətdir ki, səhhətindəki problemlərə görə televiziya kanallarından uzaqlaşan müğənni "İntizar", "Tələbəlik illəri", "Sən yadıma düşəndə", Bağışla", "Bu bəyaz gecədə", "Mən qurbanam", "Dinlə məni sevgilim" və s. kimi 100-lərlə mahnının müəllifidir.
BAKI, 13 avqust — Sputnik. Bu gün Azərbaycan Respublikasının xalq artisti Elmira Rəhimovanın doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, o, 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Musiqi Texnikumunu və Azərbaycan Dövlət Dillər İnstitutunu bitirən sənətkar 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti olub.
50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb. Hindistanın Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961) Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edən müğənni dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib.
Elmira Rəhimova bir müddət Hindistanda yaşayıb. Müğənninin açıq səma altında oxuduğu Qənbər Hüseynlinin "Cücələrim" mahnısı hind tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Ən maraqlısı odur ki, 30 minlik hind tamaşaçısı mahnını xorla oxuyub və sonra müğənnidən həmin mahnını təkrar etməsini xahiş ediblər.
Xalq artisti uzun müddətdir ki, səhhətində yaranan problemlərə görə televiziya kanallarından uzaqlaşıb. "İntizar", "Tələbəlik illəri", "Sən yadıma düşəndə", Bağışla", "Bu bəyaz gecədə", "Mən qurbanam", "Dinlə məni sevgilim", "Bir xumar baxış" və s. kimi 100-lərlə mahnının müəllifidir.
Müğənnini Anand adında bir oğlu və iki nəvəsi var.
Qeyd edək ki, Xalq artisti bir müddət öncə dünyanı cənginə alan koronavirusa yoluxmuşdu. İndi nəvəsinin də ağır xəstəliklə mübarizə apaması müğənninin ruh düşkünlüyünə səbəb olub.