https://sputnik.az/20210813/Bakda-dht-gey-qarda-qadnn-vladlarna-qar-alasmaz-zoraklq-edib-427688458.html
Bakıda dəhşət: Ögey qardaş qadının övladlarına qarşı ağlasığmaz zorakılıq edib
Bakıda dəhşət: Ögey qardaş qadının övladlarına qarşı ağlasığmaz zorakılıq edib
Sputnik Azərbaycan
İ.V ögey bacısının 2015-ci il təvəllüdlü oğlunun nadinc hərəkətlər etməsini bəhanə edərək ona qarşı zorakılıq törədib. Onun arvadı A.V. 2007-ci il təvəllüdlü... 13.08.2021, Sputnik Azərbaycan
2021-08-13T11:53+0400
2021-08-13T11:53+0400
2021-08-13T11:56+0400
xəbərlər
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42363/02/423630299_295:411:1840:1280_1920x0_80_0_0_0a87e2e2e372f171e93a9712281d3f31.jpg
BAKI, 13 avqust — Sputnik. Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayan Günel Vəliyevanın (adlar şərtidir) 2015-ci il təvəllüdlü oğlu və 2007-ci il təvəllüdlü qızının G.V-nin ögey qardaşı və arvadı tərəfindən fiziki və psixi zorakılıq hərəkətlərinə məruz qalması barədə müraciəti üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.Bu barədə Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.Aparılan araşdırmalarla müəyyən edilib ki, İdris Vəliyev (ad şərtidir) 8 avqust 2021-ci il tarixdə ögey bacısının 2015-ci il təvəllüdlü oğlunun nadinc hərəkətlər etməsini bəhanə edərək ona qarşı zorakılıq edib. İdris Vəliyevin arvadı Arzu Vəliyeva (ad şərtidir) isə Günel Vəliyevanın 2007-ci il təvəllüdlü qızının saçını və qaşını kəsib, həmçinin ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.Fakta görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 133.2.6 (işgəncə verməklə əzab vermə) maddələri ilə cinayət işi başlanaraq aidiyyəti üzrə rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilib.Nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.Qeyd edək ki, uşaq nikahlarının, uşaqlara qarşı zorakılıq faktlarının, eyni zamanda da onların təhsildən uzaqlaşması hallarının azalmasının yox səviyyəsinə çatdırılması, bununla belə, məcburi əməyə cəlbedilməsi ilə bağlı primitiv mexanizmlərin təkmilləşdirilməsi və ümumiyyətlə, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi və ötən il uşaq hüquqlarının müdafiəsi ilə bağlı Milli Fəaliyyət Planı qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42363/02/423630299_179:0:1886:1280_1920x0_80_0_0_a2d98c58a049c4a0cb1cca7d5d1add84.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Bakıda dəhşət: Ögey qardaş qadının övladlarına qarşı ağlasığmaz zorakılıq edib
11:53 13.08.2021 (Yenilənib: 11:56 13.08.2021) İ.V ögey bacısının 2015-ci il təvəllüdlü oğlunun nadinc hərəkətlər etməsini bəhanə edərək ona qarşı zorakılıq törədib. Onun arvadı A.V. 2007-ci il təvəllüdlü qızın saçını və qaşını kəsib, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
BAKI, 13 avqust — Sputnik. Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayan Günel Vəliyevanın (adlar şərtidir) 2015-ci il təvəllüdlü oğlu və 2007-ci il təvəllüdlü qızının G.V-nin ögey qardaşı və arvadı tərəfindən fiziki və psixi zorakılıq hərəkətlərinə məruz qalması barədə müraciəti üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, İdris Vəliyev (ad şərtidir) 8 avqust 2021-ci il tarixdə ögey bacısının 2015-ci il təvəllüdlü oğlunun nadinc hərəkətlər etməsini bəhanə edərək ona qarşı zorakılıq edib. İdris Vəliyevin arvadı Arzu Vəliyeva (ad şərtidir) isə Günel Vəliyevanın 2007-ci il təvəllüdlü qızının saçını və qaşını kəsib, həmçinin ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Fakta görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 133.2.6 (işgəncə verməklə əzab vermə) maddələri ilə cinayət işi başlanaraq aidiyyəti üzrə rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilib.
Nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.
Qeyd edək ki, uşaq nikahlarının, uşaqlara qarşı zorakılıq faktlarının, eyni zamanda da onların təhsildən uzaqlaşması hallarının azalmasının yox səviyyəsinə çatdırılması, bununla belə, məcburi əməyə cəlbedilməsi ilə bağlı primitiv mexanizmlərin təkmilləşdirilməsi və ümumiyyətlə, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi və ötən il uşaq hüquqlarının müdafiəsi ilə bağlı Milli Fəaliyyət Planı qəbul edilib.