Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

OPEC+ öhdəliyi: Azərbaycan onu artıqlaması ilə yerinə yetirib

© © REUTERS/Dado Ruvic/IllustrationЛого ОПЕК, фото из архива
Лого ОПЕК, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.08.2021
Abunə olmaq
Yeni razılaşmaya görə avqustdan başlayaraq "OPEC plus" ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır.
BAKI, 13 avqust — Sputnik. 2021-ci ilin iyul ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 717 min barrel olub. Bunun 606 min barrelini xam neft, 111 min barrelini isə kondensat təşkil edib.
Bu barədə Energetika Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.
"OPEC plus" ölkələri nazirlərinin bu ilin aprel ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin iyulda 98 min barrel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyun ayına nisbətən 10 min barrel artırılmaqla 620 min barrel həcminə çatdırılması nəzərdə tutulurdu.
Qeyd edək ki, avqustun 1-dən etibarən isə "OPEC plus" ölkələri nazirlərinin ötən ay keçirilmiş 19-cu iclasında qəbul edilən yeni "Əməkdaşlıq Bəyannaməsi" qüvvədədir. Yeni razılaşmaya görə avqustdan başlayaraq "OPEC plus" ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barrel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barrel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olacaq.
2021-ci ilin iyun  ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 705.1 min barrel olub. Bunun 610 min barrelini xam neft, 95.1 min barrelini isə kondensat təşkil edib.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin iyun ayında 610 min barrel, iyul ayında isə 620 min barrel səviyyəsində saxlanılması müəyyənləşmişdir.
Xəbər lenti
0