CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ÜDM istehsalı artib

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.08.2021
Abunə olmaq
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 5,3 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 4 720,8 manata bərabər olub.
BAKI, 13 avqust — Sputnik. Azərbaycanda 2021-ci ilin yanvar-iyul aylarında ölkədə 47 262,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox ümumi daxili məhsul istehsal olunub. Sputnik Azərbaycan xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5,3 faiz artıb.
ÜDM istehsalının 40,3 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 4 720,8 manata bərabər olub.
2021-ci ilin yanvar-iyun aylarında ümumi daxili məhsul istehsalı
Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun aylarında ölkədə 39 915,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5,1 faiz artıb.
ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3 987,6 manata bərabər olub.
Həmçinin oxuyun:
Azərbaycanın xarici dövlət borcu azalıb
Xəbər lenti
0