Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Çeçyotka vuran 8 yaşlı qız Rusiyanın rekordlar kitabına düşdü

Abunə olmaq
İkinci sinif şagirdi vurduğu çeçyotka zərbələrinin sayına görə Rusiyada rekord qazandı. Qızcığaz bir dəqiqədə ayağı ilə 403 zərbə vurur.
İstedadlı Leonsiya Oqleznyova əslən Novorossiyskdəndir və yerli flamenko məktəbində rəqs etməyi öyrənir. O, özünün ilk kastanyetlərilə Sevilya rəqsini hələ dörd yaşı olanda öyrənib, beş yaşı yenicə tamam olanda isə birinci dəfə səhnəyə çıxıb.
Qızın anası deyir ki, onların məqsədi heç də birinci olmaq deyil, əsas məsələ rəqsləri keyfiyyətlə və düzgün ifa etməkdir.
Hazırda Leonsiyanın vur-tut 8 yaşı olsa da, o artıq öz həyatını rəqsə həsr etmək qərarına gəlib və gələcəkdə bu sahə üzrə müəllimlik etmək istəyir.
 
Xəbər lenti
0