Prezident SOCAR-da dəyişikliklər etdi: iki yeni vitse-prezident təyin olundu

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев выступил на онлайн Саммите Организации экономического сотрудничества
Президент Ильхам Алиев выступил на онлайн Саммите Организации экономического сотрудничества - Sputnik Azərbaycan, 1920, 11.08.2021
Abunə olmaq
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Kənan Təhməz oğlu Nəcəfov və Zaur Aydın oğlu Qurbanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
BAKI, 11 avqust - Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. 
Dövlət başçısının imzaladığı yeni fərmana əsasən, SOCAR-ın İdarə Heyəti Şirkətin prezidentindən, I vitse-prezidentindən və 12 vitse-prezidentindən ibarətdir.
Bununla yanaşı Prezident Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə iki yeni vitse-prezident təyin edib. 
Prezident İlham Əliyev imzaladığı sərəncama əsasən Kənan Təhməz oğlu Nəcəfov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Dövlət başçısının imzaladığı digər sərəncamla Zaur Aydın oğlu Qurbanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Xatırladaq ki, iyulun 19-da Prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.
Azərbaycan Prezidentinin daha bir Sərəncamı ilə Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.
Dövlət başçısının başqa bir sərəncamı ilə David Niyazi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.
SOCAR haqqında
Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası prezidentinin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (The State Oil Company of Azerbaijan Republic - SOCAR) yaradılıb.
Həmçinin oxuyun: 
* SOCAR-ın dörd vitse-prezidenti vəzifəsindən azad edilib
Xəbər lenti
0