https://sputnik.az/20210811/Meteohessas-insanlarin-nezerine-Sabahki-hava-onlar-ucun-elverissizdir-427673130.html
Çox isti olacaq - bir neçə günün proqnozu
Çox isti olacaq - bir neçə günün proqnozu
Sputnik Azərbaycan
Avqustun 12-14-də Abşeron yarımadasında davam edən isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq... 11.08.2021, Sputnik Azərbaycan
2021-08-11T14:03+0400
2021-08-11T14:03+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
isti
hava proqnozu
bakı
abşeron
dəniz
dəniz suyu
çimərlik
rayonlar
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427107102_0:206:2048:1365_1920x0_80_0_0_ab343fe059bdccc194a456c664142b39.jpg
BAKI, 11 avqust — Sputnik. Azərbaycan ərazisində avqustun 12-də gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 25-28° isti, gündüz 37-39°, bəzi yerlərdə 40-41° isti, Bakıda gecə 26-28° isti, gündüz 38-40° isti olacaq.Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 35-40 % olacaq.Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 12-14-də Abşeron yarımadasında davam edən isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 23-26° isti, gündüz 36-41°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 26-31° isti olacaq.Gözlənilən hava şəraiti haqqında məlumat da açıqlanıb. Belə ki, avqustun 11-14-də ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40°, bəzi yerlərdə 41-42° isti, rayonlarında 35-40° isti, Naxçıvan MR-nın və aran rayonlarının bəzi yerlərində 42-43°-dək yüksələcəyi gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427107102_0:78:2048:1365_1920x0_80_0_0_7f472a63ef9aba12abebe2897f888a77.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, isti, hava proqnozu, bakı, abşeron, dəniz, dəniz suyu, çimərlik, rayonlar, azərbaycan
xəbərlər, isti, hava proqnozu, bakı, abşeron, dəniz, dəniz suyu, çimərlik, rayonlar, azərbaycan
Çox isti olacaq - bir neçə günün proqnozu
14:03 11.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Avqustun 12-14-də Abşeron yarımadasında davam edən isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.
BAKI, 11 avqust — Sputnik. Azərbaycan ərazisində avqustun 12-də gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.
Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla xəbər verir ki,
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 25-28° isti, gündüz 37-39°, bəzi yerlərdə 40-41° isti, Bakıda gecə 26-28° isti, gündüz 38-40° isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 35-40 % olacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 12-14-də Abşeron yarımadasında davam edən isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 36-41°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 26-31° isti olacaq.
Gözlənilən hava şəraiti haqqında məlumat da açıqlanıb. Belə ki, avqustun 11-14-də ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40°, bəzi yerlərdə 41-42° isti, rayonlarında 35-40° isti, Naxçıvan MR-nın və aran rayonlarının bəzi yerlərində 42-43°-dək yüksələcəyi gözlənilir.