https://sputnik.az/20210811/Dvlt-vsaitini-talayan-sabiq-XN-yetkililrin-ittiham-akt-elan-edilib--427676044.html
Dövlət vəsaitini talayan sabiq XİN yetkililərinə ittiham aktı elan edilib
Dövlət vəsaitini talayan sabiq XİN yetkililərinə ittiham aktı elan edilib
Sputnik Azərbaycan
İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxslər müxtəlif firmalar vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması... 11.08.2021, Sputnik Azərbaycan
2021-08-11T17:14+0400
2021-08-11T17:14+0400
2021-08-11T17:14+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/42231/97/422319718_0:134:1920:1214_1920x0_80_0_0_0c76052015860400de7c5f8b1fd6cc6a.jpg
BAKI, 11 avqust - Sputnik. Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. Prokuror ittiham aktını elan edib.İttihama görə, Xarici İşlər Nazirliyində Tender Komissiyasında işləyərkən F. Mollazadə və S. Əlizadə öz qulluq mənafeyindən istifadə edərək digərləri ilə birgə külli miqdarda dövlət vəsaitini mənimsəyiblər. Qeyd olunub ki, istintaq araşdırmaları zamanı Fərhad Mollazadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.Həmçinin, F.Mollazadənin və S.Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvət istəyərək almalarına dair məlumatlar əldə olunub. Bundan başqa, təqsirləndirilən şəxslər qanunsuz əməllərini davam etdirərək dövlət vəsaitini təkrar olaraq mənimsəyiblər.İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxslər müxtəlif firmalar vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. Sözügedən mənimsəmələr tenderlərdə süni şəkildə qalib elan edilməsi yolu ilə həyata keçirilib.Bütün sübutları nəzərə alaraq təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4(xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib.Daha sonra təqsirləndirilən şəxslər təqdim olunan ittihamlarla özlərini qismən təqsirli biliblər.Prosesdə zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyinin nümayəndəsi çıxış edərək dəymiş ziyanın tam ödənilməsini istəyib.Prosesdə şahid qismində "Muğanbank" və "Əmrahbank"ın əməkdaşı Rövşən Məmmədov ifadə verib. R. Məmmədov ifadəsində Konsulluq İdarəsinin əməkdaşı Səlim Əlizadəni tanıdığını deyib: "Xarici İşlər Nazirliyində işləyən tanışım vasitəsi ilə Səlim Əlizadə ilə tanış olmuşam. Bundan sonra onu şirkətlərin rəhbərləri ilə tanış edirdim. Şirkət rəhbərləri Xarici İşlər Nazirliyi tərəfindən işlədiyim şirkətlərə köçürülən müxtəlif məbləğlərdə vəsaitləri nağdləşdirərək 90 faizini Səlim Əlizadəyə təqdim edirdilər."Məhkəmədə şahid qismində ifadə verən Rza Hümbətəliyev də R. Məmmədovla eyni məzmunlu ifadə verib.Proses avqustun 18-də davam etdiriləcək.Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.4(xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Lakin bir müddət sonra məhkəmə onları ev dustaqlığına buraxıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42231/97/422319718_0:0:1920:1440_1920x0_80_0_0_556c1ce053964d7a3aa7cc153ff75fdf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Dövlət vəsaitini talayan sabiq XİN yetkililərinə ittiham aktı elan edilib
İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxslər müxtəlif firmalar vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər.
BAKI, 11 avqust - Sputnik. Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. Prokuror ittiham aktını elan edib.
İttihama görə, Xarici İşlər Nazirliyində Tender Komissiyasında işləyərkən F. Mollazadə və S. Əlizadə öz qulluq mənafeyindən istifadə edərək digərləri ilə birgə külli miqdarda dövlət vəsaitini mənimsəyiblər. Qeyd olunub ki, istintaq araşdırmaları zamanı Fərhad Mollazadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, F.Mollazadənin və S.Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvət istəyərək almalarına dair məlumatlar əldə olunub. Bundan başqa, təqsirləndirilən şəxslər qanunsuz əməllərini davam etdirərək dövlət vəsaitini təkrar olaraq mənimsəyiblər.
İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxslər müxtəlif firmalar vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. Sözügedən mənimsəmələr tenderlərdə süni şəkildə qalib elan edilməsi yolu ilə həyata keçirilib.
Bütün sübutları nəzərə alaraq təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4(xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib.
Daha sonra təqsirləndirilən şəxslər təqdim olunan ittihamlarla özlərini qismən təqsirli biliblər.
Prosesdə zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyinin nümayəndəsi çıxış edərək dəymiş ziyanın tam ödənilməsini istəyib.
Prosesdə şahid qismində "Muğanbank" və "Əmrahbank"ın əməkdaşı Rövşən Məmmədov ifadə verib. R. Məmmədov ifadəsində Konsulluq İdarəsinin əməkdaşı Səlim Əlizadəni tanıdığını deyib: "Xarici İşlər Nazirliyində işləyən tanışım vasitəsi ilə Səlim Əlizadə ilə tanış olmuşam. Bundan sonra onu şirkətlərin rəhbərləri ilə tanış edirdim. Şirkət rəhbərləri Xarici İşlər Nazirliyi tərəfindən işlədiyim şirkətlərə köçürülən müxtəlif məbləğlərdə vəsaitləri nağdləşdirərək 90 faizini Səlim Əlizadəyə təqdim edirdilər."
Məhkəmədə şahid qismində ifadə verən Rza Hümbətəliyev də R. Məmmədovla eyni məzmunlu ifadə verib.
Proses avqustun 18-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.4(xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Lakin bir müddət sonra məhkəmə onları ev dustaqlığına buraxıb.