https://sputnik.az/20210811/Bakda-kvrk-anlar-Trkiy-bayra-Heydr-liyev-Mrkzinin-binas-zrind--427677711.html
Bakıda kövrək anlar: Türkiyə bayrağı Heydər Əliyev Mərkəzinin binası üzərində
Bakıda kövrək anlar: Türkiyə bayrağı Heydər Əliyev Mərkəzinin binası üzərində
Sputnik Azərbaycan
Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olundu, səfir Cahid Bağcı bütün Azərbaycan xalqına təşəkkür etdi. 11.08.2021, Sputnik Azərbaycan
2021-08-11T22:51+0400
2021-08-11T22:51+0400
2021-08-11T22:59+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0b/427677725_76:0:3699:2048_1920x0_80_0_0_e87308d14ba22f461072287616c7ebd7.jpg
BAKI, 11 avqust - Sputnik. Meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı videoproyeksiya olunub.Sputnik Azərbaycan AZƏRTAC-ə istinadla xəbər verir ki, bu, “bir millət, iki dövlət” olan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı dostluğu, qardaşlığı, birliyi bir daha bütün dünyaya nümayiş etdirib.Mərasimdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı jurnalistlərə müsahibəsində bildirib ki, yanğınların başlamasından keçən 14 gün ərzində Azərbaycan hər cür dəstəyini verib. İlk andan etibarən dəstəyini ürəkdən hiss etdirən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq bildirən səfir deyib: “Azərbaycan iyulun 31-dən etibarən dəstək göndərməyə başladı. Hazırda 750 qardaşımız yanğınların söndürülməsinə cəlb olunub. Qardaşlarımız 14 gündür gecə-gündüz yanğınsöndürmə fəaliyyəti ilə məşğuldurlar. Hər birinə ayrı-ayrılıqda minnətdaram. Sağ-salamat ailələrinin, sevdiklərinin yanına gəlmələrini arzulayıram”.“Yanğınların 14-cü günündə ölkə başçısının təlimatı ilə Türkiyə bayrağı Heydər Əliyev mərkəzində dalğalandırmaqdadır. Bu, anlamlı bir dəstəkdir. Bir daha təşəkkür edirəm. Qarabağ Zəfərindən sonra Azərbaycan bayrağı İstanbulda Boğaz körpüsündə, Çamlıca Qülləsində, Ankarada Ataqüllədə və Türkiyənin bir çox meydanında dalğalandırılıb. Zəfər coşqunuza Türkiyədən bütün şəhərlərlə birgə qoşulmuşduq. Sevinciniz sevincimiz olmuşdu. Bu gün kədərli bir gündəyik. Siz də kədərli günümüzdə yanımızda oldunuz”, - deyən C.Bağcı buna görə də hər bir azərbaycanlıya ürəkdən təşəkkür edib.Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov jurnalistlərə müsahibəsində deyib: "Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Həm xoş, həm kədərli, həm də çətin günlərdə bir-birimizin yanındayıq. 44 günlük Vətən müharibəsi dövründə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla türk qardaşlarımız bizə mənəvi, siyasi dəstək verdi, hər an bizim yanımızda oldular.Türkiyə Parlamentinin dostluq qrupu daim bura səfər etdilər, haqq davamızda bizi dəstəklədilər. Azərbaycan da Türkiyəni üzləşdiyi bu çətin gündə tək qoymadı. Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan yanğınsöndürənləri qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsi üçün köməyə gediblər. Azərbaycanın xilasetmə qüvvələri yanğınla mübarizədə fədakarlıq nümayiş etdirdilər.Sevindirici haldır ki, yanğınların qarşısı alınmaq üzrədir. Bu gün Türkiyə Cümhuriyyətinin bayrağının Heydər Əliyev mərkəzində işıqlandırılması çox böyük bir rəmzi məna daşıyır. Türk qardaşlarımıza keçmiş olsun deyir, Uca Yaradandan belə çətin günlərin bir daha təkrarlanmamasını arzulayırıq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0b/427677725_440:0:3699:2048_1920x0_80_0_0_6ff1bef4024838f261690d9220ea2bf4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Bakıda kövrək anlar: Türkiyə bayrağı Heydər Əliyev Mərkəzinin binası üzərində
22:51 11.08.2021 (Yenilənib: 22:59 11.08.2021) Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olundu, səfir Cahid Bağcı bütün Azərbaycan xalqına təşəkkür etdi.
BAKI, 11 avqust - Sputnik. Meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı videoproyeksiya olunub.
Sputnik Azərbaycan AZƏRTAC-ə istinadla xəbər verir ki, bu, “bir millət, iki dövlət” olan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı dostluğu, qardaşlığı, birliyi bir daha bütün dünyaya nümayiş etdirib.
Mərasimdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı jurnalistlərə müsahibəsində bildirib ki, yanğınların başlamasından keçən 14 gün ərzində Azərbaycan hər cür dəstəyini verib. İlk andan etibarən dəstəyini ürəkdən hiss etdirən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq bildirən səfir deyib: “Azərbaycan iyulun 31-dən etibarən dəstək göndərməyə başladı. Hazırda 750 qardaşımız yanğınların söndürülməsinə cəlb olunub. Qardaşlarımız 14 gündür gecə-gündüz yanğınsöndürmə fəaliyyəti ilə məşğuldurlar. Hər birinə ayrı-ayrılıqda minnətdaram. Sağ-salamat ailələrinin, sevdiklərinin yanına gəlmələrini arzulayıram”.
“Yanğınların 14-cü günündə ölkə başçısının təlimatı ilə Türkiyə bayrağı Heydər Əliyev mərkəzində dalğalandırmaqdadır. Bu, anlamlı bir dəstəkdir. Bir daha təşəkkür edirəm. Qarabağ Zəfərindən sonra Azərbaycan bayrağı İstanbulda Boğaz körpüsündə, Çamlıca Qülləsində, Ankarada Ataqüllədə və Türkiyənin bir çox meydanında dalğalandırılıb. Zəfər coşqunuza Türkiyədən bütün şəhərlərlə birgə qoşulmuşduq. Sevinciniz sevincimiz olmuşdu. Bu gün kədərli bir gündəyik. Siz də kədərli günümüzdə yanımızda oldunuz”, - deyən C.Bağcı buna görə də hər bir azərbaycanlıya ürəkdən təşəkkür edib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov jurnalistlərə müsahibəsində deyib: "Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Həm xoş, həm kədərli, həm də çətin günlərdə bir-birimizin yanındayıq. 44 günlük Vətən müharibəsi dövründə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla türk qardaşlarımız bizə mənəvi, siyasi dəstək verdi, hər an bizim yanımızda oldular.
Türkiyə Parlamentinin dostluq qrupu daim bura səfər etdilər, haqq davamızda bizi dəstəklədilər. Azərbaycan da Türkiyəni üzləşdiyi bu çətin gündə tək qoymadı. Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan yanğınsöndürənləri qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsi üçün köməyə gediblər. Azərbaycanın xilasetmə qüvvələri yanğınla mübarizədə fədakarlıq nümayiş etdirdilər.
Sevindirici haldır ki, yanğınların qarşısı alınmaq üzrədir. Bu gün Türkiyə Cümhuriyyətinin bayrağının Heydər Əliyev mərkəzində işıqlandırılması çox böyük bir rəmzi məna daşıyır. Türk qardaşlarımıza keçmiş olsun deyir, Uca Yaradandan belə çətin günlərin bir daha təkrarlanmamasını arzulayırıq".