https://sputnik.az/20210811/Azerisiq-emekdasi-is-basinda-facievi-sekilde-oldu-427672391.html
"Azərişıq" əməkdaşı iş başında faciəvi şəkildə öldü
"Azərişıq" əməkdaşı iş başında faciəvi şəkildə öldü
Sputnik Azərbaycan
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə... 11.08.2021, Sputnik Azərbaycan
2021-08-11T12:39+0400
2021-08-11T12:39+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
hadisə
"azərişıq"
əməkdaş
ölüm
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40918/53/409185375_0:70:2001:1195_1920x0_80_0_0_7447590de1f52ab1b63f501fde2ab0be.jpg
BAKI, 11 avqust — Sputnik. Abşeron rayonu, MD-23 qəsəbəsi ərazisində 1962-ci il təvəllüdlü Bayrampur Ehtimat Bayraməli oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Abşeron Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, "Azərişıq" ASC-nin Biləcəri Elektrik Təchizatı və Satışı Sahəsi Enerji İstismar Şöbəsində elektrik-montyor işləyən Ehtimat Bayrampur qeyd edilən ərazidə yerləşən "AZENCO" ASC-nin ərazisində yüksək cərəyanlı yeraltı kabeldə yaranmış nasazlıqla bağlı təmir işləri apararkən elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.Hazırda iş üzrə istintaq davam edir.Eləcə də oxuyun:İki azyaşlını elektrik cərəyanı vurdu - Ölən varZərdabda məktəbdə faciə: uşağı cərəyan öldürdü
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40918/53/409185375_156:0:1843:1265_1920x0_80_0_0_9d11f4d790a2d472a1da0cebf1bde508.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, "azərişıq", əməkdaş, ölüm, azərbaycan
xəbərlər, "azərişıq", əməkdaş, ölüm, azərbaycan
"Azərişıq" əməkdaşı iş başında faciəvi şəkildə öldü
12:39 11.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
BAKI, 11 avqust — Sputnik. Abşeron rayonu, MD-23 qəsəbəsi ərazisində 1962-ci il təvəllüdlü Bayrampur Ehtimat Bayraməli oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, "Azərişıq" ASC-nin Biləcəri Elektrik Təchizatı və Satışı Sahəsi Enerji İstismar Şöbəsində elektrik-montyor işləyən Ehtimat Bayrampur qeyd edilən ərazidə yerləşən "AZENCO" ASC-nin ərazisində yüksək cərəyanlı yeraltı kabeldə yaranmış nasazlıqla bağlı təmir işləri apararkən elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Zərdabda məktəbdə faciə: uşağı cərəyan öldürdü