Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Qorxular siyahısı: Azərbaycan sakinləri nədən qorxurlar

Abunə olmaq
Sosioloqlar Azərbaycanda yerli əhali arasında ən çox hansı qorxu formalarının yayıldığını tədqiq ediblər. Təfərrüatı Sputnik Azərbaycan-ın infoqrafikasında.

Qorxu hər bir insanın bu və ya digər şəkildə həyatı boyu rastlaşdığı daxili vəziyyətdir. Bu hal ehtimal olunan və ya real təhlükə, fəlakətlə bağlıdır. Psixoloqlar qorxunu potensial təhlükənin dərk edilməsi, neqativ yük daşıyan emosional proses kimi dəyərləndirirlər.

Hər bir şəxsin öz qorxuları var. Lakin onlardan bəzilərinə bu və ya digər şəkildə hamıda rast gəlinir. Bunların arasında birincilər sırasında özünün və yaxınlarının həyatı və sağlamlığına görə qorxu gəlir. Bundan əlavə, insanlar tənhalıqdan, qocalmaqdan, ölümdən, dəli olmaqdan qorxa bilərlər. Bəziləri üçün digər bir şəxsin nədənsə qorxusu qəribə görünə bilər – məsələn, ilandan, tarakandan, hörümçəkdən, siçovuldan, güzgüdən, cinlərdən və təyyarədə uçmaqdan qorxu.

Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələri göstərib ki, yerli sakinlər ən çox ailə üzvlərinin xəstələnməsindən və keyfiyyətsiz qida qəbulu ilə bağlı risklərdən qorxurlar. Keçirilmiş sorğunun digər təfərrüatları ilə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış olmaq olar.

Xəbər lenti
0