Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycan və Özbəkistan: böyük əməkdaşlığın perspektivləri

Abunə olmaq
Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov Sputnik Azərbaycan Multimedia mətbuat mərkəzində təşkil olunmuş dəyirmi masada Azərbaycan-Özbəkistan münasibətlərindən danışıb.
Səfir qeyd edib ki, Azərbaycanla qardaşlıq və dostluq əlaqələri dərin köklərə, ümumi dəyərlərə, adət-ənənə bənzərliyi, dil və mədəni yaxınlığa əsaslanır. Bu il ölkələr diplomatik münasibətlərin qurulmasının 26-cı ildönümü qeyd edəcək. Hazırda iki ölkə arasında 120 ikitərəfli müqavilə, razılaşma və memorandum sənədi imzalanıb.
Onların arasında ən əsasları – Dostluq və əməkdaşlıq haqqında müqavilə, eləcə də strateji tərəfdaşlığın möhkəmləndirilməsi barədə Deklarasiya hesab oluna bilər.
Bəhram Əşrəfxanov belə hesab edir ki, Özbəkistanla Azərbaycan arasında, xüsusən də iqtisadi sahədə reallaşdırılmamış potensial böyükdür.
 
Xəbər lenti
0