"Toppuş bacı" yenidən xəstəxanaya yerləşdirildi - 25-ci dəfə kimyaterapiya alacaq
© Sputnik / Kemale AliyevaTünzalə Əliyeva
Abunə olmaq
"Toppuş bacı" ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi, daha sonra böyrək damarlarına və ağciyərinə yayılmışdı.
BAKI, 10 avqust — Sputnik. Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisa özünün Instagram səhifəsində kimyaterapiya alacağını bildirib.
"İllərdir 419-cu palataya gəlirəm. Bir ümidim var ki, sağalacam və sağalıram da. Gəlmələrimin sayını itirmişəm. Amma kimyaterapiya üçün artıq 25-ci dəfədir bu otaqda yenə qonağam. İnşallah bunu da birlikdə yenəcəyik", - aktrisa yazıb.
Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı.
Əməkdar artist bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Daha sonra Bakıya gəlmiş və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında fəaliyyət göstərib. Bu teatrın səhnəsində Qəmər (Ə.Əmirli, "Müqəddəs Valentin günü"), Natella (M.Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A.Rəhimov "Pul hərisləri"), Qadın (H.Mirələmov, "Ləyaqət"), Mehriban (Ə.Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü.Hacıbəyov, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə") rollarını uğurla ifa edib. Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında "İzinlə", "Vətənim" və "Gülüş qatarı" verilişlərinin aparıcısı olan aktrisa ATV kanalında nümayiş etdirilən "Çal-Çağır" şou proqramının aparıcısı olan "Toppuş bacı" obrazı ilə tanınıb.