CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ətraf mühitin mühafizəsinə yüz milyona yaxın vəsait xərclənib

© Sputnik / Rahim MuradovTalış dağları
Talış dağları - Sputnik Azərbaycan, 1920, 10.08.2021
Abunə olmaq
Ətraf mühitin mühafizəsi ilə bağlı xərclər 97,9 mln. manat proqnoza qarşı 79,4% və ya 20,2 mln. manat kəsrlə icra edilərək illik proqnozun 28,2%-ni təşkil edib.
 
BAKI, 10 avqust — Sputnik. Cari ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin ətraf mühitin mühafizəsi ilə bağlı xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1% və ya 3,1 mln. manat artaraq 77,7 mln. manat icra edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında deyilir.
Ətraf mühitin mühafizəsi ilə bağlı xərclər 97,9 mln. manat proqnoza qarşı 79,4% və ya 20,2 mln. manat kəsrlə icra edilərək illik proqnozun 28,2%-ni təşkil edib.
Cari ilin yanvar-iyun aylarında ətraf mühitin mühafizəsi ilə bağlı xərclər ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar ayında eyni, fevral, aprel və iyun ayında çox, mart və may ayında az icra edilib.
Həmçinin oxuyun:
Havanı çirkləndirən müəssisələr cəzalandırılıb
Sumqayıt əhlini kim və nə ilə zəhərləyir
Xəbər lenti
0