Bu ay Ağdama ilk turist səfəri təşkil ediləcək

© Sputnik / Emin AlisahibAğdamda Şahbulaq qalasından reportaj
Ağdamda Şahbulaq qalasından reportaj - Sputnik Azərbaycan, 1920, 10.08.2021
Abunə olmaq
Qiymətlərə gəlincə, hazırda bu barədə müzakirələr aparılır. Belə ki, hazırda İdarələrarası Mərkəzi Səviyyəsində müzakirələr gedir və biz təkliflərimizi vermişik.
BAKI, 10 avqust — Sputnik. Dövlət Turizm Agentliyi (DTA) Qarabağa turist səfərlərinin təşkil edilməsinə başlayır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Agentliyin sədri Fuad Nağıyev məlumat yayıb. O, bildirib ki, ilk səfər bu ayın sonunda Ağdama təşkil olunacaq.
"Səfərimiz "Yolumuz Ağdamadır" adı ilə baş tutacaq. Ağdamda doğulub, təxminən 30 ildir ki, ora gedə bilməyən sakinlərin ziyarətini təşkil edəcəyik", - Nağıyev deyib.
DTA-nın Regional inkişaf sektorunun müdiri Elgün Cavadov isə qeyd edib ki, bu ilin əvvəlindən Qarabağ Turizm Marşrutları konsepsiyası hazırlanıb. Konsepsiyaya Ağdam və Füzuli-Xocavənd marşrutları daxildir. Onun sözlərinə görə, Ağdama səfər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək: "Çünki iştirakçılıq, həmçinin biletlərin onlayn və oflayn alınması məsələsi var".
Qiymətlərə gəlincə isə, Cavadov deyib ki, hazırda bu barədə müzakirələr aparılır.
"Hazırda İdarələrarası Mərkəzi Səviyyəsində müzakirələr gedir və biz təkliflərimizi vermişik. Sonuncu müzakirədə qiymətlərlə bağlı qərar veriləcək. Füzuli-Xocavənd marşrutu üzrə isə özümüz orda olmuşuq və maraq yaranarsa, gələn ildən bu istiqamətdə də turlar təşkil edə bilərik", - DTA yetkilisi əlavə edib. 
Xəbər lenti
0