Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın xarici dövlət borcu azalıb

© REUTERS / Rick WilkingДоллар США, фото из архива
Доллар США, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.08.2021
2021-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi 784 mln. manat artıb. Bunun əsas səbəbləri daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilməsi olub.
 
BAKI, 10 avqust — Sputnik. Beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə vaxtı çatmış və yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla birbaşa xarici dövlət borcu 1 iyul 2021-ci il tarixi vəziyyətinə 7 839,0 milyon ABŞ dolları və ya ümumi daxili məhsulun (ÜDM) 16,6 faizini təşkil edib.
Sputnik Azərbaycan Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 764,4 milyon ABŞ dolları vəya ÜDM-in 1,6 faizini təşkil etməklə, şərti öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 8 603,4 milyon ABŞ dolları və ya ÜDM-in 18,2 faizini təşkil edib.
1 iyul 2021-ci il tarixi vəziyyətinə 2021-ci ilin əvvəli ilə müqayisədə xarici dövlət borcunun mütləq ifadədə 218,1 mln. dollar və ya 2,5% endirilməsinə nail olunub.
1 iyul 2021-ci il tarixinə birbaşa daxili dövlət borcu 2 495,2 mln. manat və ya ÜDM-in 3,1%-ni dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 231,1 mln. manat və ya ÜDM-in 0,3%-ni təşkil etməklə, şərti öhdəliklər nəzərə alınmaqla daxili dövlət borcu 2 726,3 mln. manat və ya ÜDM-in 3,4 %-ni təşkil edib.
Birbaşa daxili dövlət borcunun 2 488,3 mln. manatını (99,7%) daxili maliyyə bazarında emissiya edilmiş dövlət istiqrazları, 6,9 mln. manatını (0,3%) isə Mərkəzi Bankın xeyrinə 2003-cü ildə buraxılmış dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil edib.
2021-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 784 mln. manat məbləğində artıb. Bunun da əsas səbəbi daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının, dolayısı ilə maliyyə-bank sektorunun dəstəklənməsi, dövlət borcu üzrə qısa və orta müddətli gəlirlik əyrisinin formalaşdırılması və "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi olub. Bu siyasət çərçivəsində dövlət istiqrazlarının emissiyasının xalis artım həcminin cari ildə 1,3 milyard manata çatdırılması nəzərdə tutulub.
Beləliklə, 2021-ci il 1 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 17 352,0 mln. manat və ya ÜDM-in 21,6%-ni təşkil edib. Məcmu dövlət borcunun 14 625,7 mln. manatı (8 603,4 mln. dollar) və ya 84,3%-i xarici dövlət borcunun, 2 726,3 mln manatı və ya 15,7%-i daxili dövlət borcunun payına düşür. İlin əvvəlindən ümumi dövlət borcunun həcmi 413,4 mln. manat və ya 2,4% artıb.
Xarici borcun ötən ilə nisbətən dinamikası
Xarici dövlət borcunun ÜDM-ə nisbəti 01 yanvar 2021-ci il ilə müqayisədə 20,7 faizdən 2,5 faiz bəndi azalaraq 18,2 faizə çatıb.
2020-ci il 1 iyul tarixinə Azərbaycan Respublikasının cəmi birbaşa və şərti öhdəliklər üzrə dövlət borcunun həcmi 9 milyard 813,3 milyon ABŞ dollarına (16 milyard 682,6 milyon manata) və ya ÜDM-in 24,5 %-nə bərabər olub.
Bütövlükdə xarici borc ÜDM-in 22,4%-nə (8 milyard 960,3 milyon ABŞ dolları), daxili borc isə 2,1%-nə (1 milyard 450,1 milyon manat) bərabərdir.
Həmçinin oxuyun:
Burgerlə ölçülən valyutalar: əslində dollar neçəyədir
 
Azərbaycan banklarında informasiya təhlükəsizliyinə dair qayda təsdiqlənib
 
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала