CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzər dialoqunun perspektivləri

© AFP 2024 / SAMIR ALIYEVВид на Каспийское море с бакинского бульвара, фото из архива
Вид на Каспийское море с бакинского бульвара, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.08.2021
Abunə olmaq
Avqust ayının 12-də Aktauda Xəzər Konvensiyası qəbul olunub və bu sənəd regionun siyasi həyatının əsas hadisəsinə çevrilərək Xəzəryanı dövlətlərin qarşısında duran geniş vəzifələrin həlli üçün siyasi və hüquqi konteksti müəyyənləşdirib.
BAKI, 9 avqust — Sputnik. Hər il avqustun 12-si Xəzər Dənizi Günü kimi qeyd olunur. Bu barədə qərar 2006-cı ildə qəbul olunub. Bu tarix dəniz mühitinin qorunması ilə bağlı Tehran Çərçivə Konvensiyasının ratifikasiyası ilə üst-üstə düşür.
Eyni zamanda, son illər ərzində bu tarix təkcə planetin ən böyük gölünün ekoloji vəziyyətindən danışmaq üçün deyil, həm də dünyanın ən aktual mövzularını müzakirə etmək üçün geniş gündəmi formalaşdırmaq məqsədilə də qeyd olunmağa başlanılıb.
12 avqust 2018-ci il tarixində Aktauda Xəzər Konvensiyası qəbul olunub və bu sənəd regionun siyasi həyatının əsas hadisəsinə çevrilərək Xəzəryanı dövlətlərin qarşısında duran geniş vəzifələrin həlli üçün siyasi və hüquqi konteksti müəyyənləşdirib.
Hazırda Xəzər dialoqunun necə reallaşdırıldığı, onun iştirakçılarının qarşısında hansı vəzifələrin dayandığı barədə avqustun 12-si saat 14:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin "Şimal-Cənub" politologiya mərkəzi, "Trend" informasiya agentliyi və "BakuNetwork" analitik ekspert şəbəkəsi tərəfindən birgə təşkil olunacaq Xəzər problemlərinə həsr olunmuş videokonfransların yekun videotədbirində danışılacaq.
Tədbirdə iştirak edəcəklər:
Azərbaycan Diplomatiya Akademiyasının (Bakı şəhəri) prorektoru Fariz İsmayılzadə;
"Şimal-Cənub" Politologiya Mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova;
Rusiya Elmlər Akademiyasının Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münsibətlər Milli Tədqiqat İnstitutunun Baş elmi işçisi, Beynəlxalq Münsibətlər üzrə Rusiya Şurasının eksperti Stanislav Pritçin;
Ekspert Fərhad İbrahimov;
Qazaxıstan Respublikası Parlamentinin senat sədrinin müşaviri Janar Tulindinova;
"Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini, "BakuNetwork" analitik mərkəzinin rəhbəri Gülnarə Məmmədzadə (aparıcı).
Spikerə suallarınızı öncədən i.velizade@sputniknews.com elektron ünvanına göndərə bilərsiniz.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi
Xəbər lenti
0