CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin rejimində toy

Abunə olmaq
Pandemiya ilə bağlı tətbiq olunan bütün məhdudiyyətlərə baxmayaraq, azərbaycanlılar toy mərasimlərindən imtina etmək fikrində deyillər, hətta icbari qaydada vaksinasiya belə insanları toyda iştirakdan çəkindirmir.

Koronavirus pandemiyası hər bir azərbaycanlının gündəlik həyatına və məişətinə öz təsirini göstərib. Uzunmüddətli qadağadan sonra Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən müəyyən məhdudiyyətlərlə toy mərasimlərinin və digər şənliklərin keçirilməsinə icazə verib.

Belə ki, dəvət olunmuş qonaqların sayı 50 nəfərdən çox olarsa, toyun keçirilməsi üçün dövlət portalından icazə almaq tələb olunur. Bunun üçün hakimiyyət orqanlarını toy tarixindən beş gün əvvəl məlumatlandırmaq, mərasimin keçiriləcəyi yer və qonaqların tam siyahısını təqdim etmək lazım gəlir.

Bununla yanaşı, qonaqların sayı 150 nəfərdən artıq olmamalıdır. Halbuki pandemiyaya qədər Azərbaycanda keçirilən toy mərasimlərində minimum bir neçə yüz qonaq iştirak edirdi.

Ancaq bu məhdudiyyətlər milli adət-ənənələr və mərasimlərə böyük əhəmiyyət verən azərbaycanlıların gözünü qorxutmur. Bəzilər isə vəziyyətdən çıxış yolunu toyu iki mərhələdə keçirməkdə görür.

Bütün bu dəyişikliklərlə yanaşı, indi toylarda yalnız koronavirusa qarşı peyvənd olunmuş şəxslər iştirak edə bilər. Qonaqlar, hətta bəylə gəlin də toyxanaya girməmişdən əvvəl ya peyvənd olunduqlarını göstərən, ya da koronavirusa yoluxub sağaldıqlarını təsdiqləyən sənədi təqdim etməlidirlər.

Media Təhlil Mərkəzi mövzunun aktuallığını nəzərə alaraq insanların yeni qaydalar əsasında toylarda iştiraka münasibətini müəyyənləşdirmək üçün sorğu keçirib. Sorğunun nəticələri ilə Sputnik Azərbaycanın xüsusi infoqrafikasından tanış ola bilərsiniz.

Xəbər lenti
0