https://sputnik.az/20210809/Azrbaycanli-musiqichi-Parisde-xeyriyye-konserti-verib-427657205.html
Azərbaycanlı musiqiçi Parisdə xeyriyyə konserti verib
Azərbaycanlı musiqiçi Parisdə xeyriyyə konserti verib
Sputnik Azərbaycan
Azərbaycanlı gənc ifaçını konsertdə braziliyalı fleytaçı Eduardo Rosa və ingilis pianoçu Julyan Miles müşayiət edib. Konsertdə müxtəlif kamera musiqi parçaları... 09.08.2021, Sputnik Azərbaycan
2021-08-09T12:13+0400
2021-08-09T12:13+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
mədəniyyət
musiqiçi
fleyta
konsert
paris
azərbaycanlı
xeyriyyə
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/09/427657286_0:351:1200:1030_1920x0_80_0_0_578943dfe9c3912e7d138afd000e3a64.jpg
BAKI, 9 avqust — Sputnik. Parisin Müqəddəs Merri kilsəsində istedadlı azərbaycanlı fleytaçı Ağarəhim Quliyevin xeyriyyə konserti olub.Sputnik Azərbaycan xəbər verir ki, konsertdə 150-dən çox musiqisevər iştirak edib. Azərbaycanlı gənc ifaçını konsertdə braziliyalı fleytaçı Eduardo Rosa və ingilis pianoçu Julyan Miles müşayiət ediblər. Konsertdə müxtəlif kamera musiqi parçaları səsləndirilib.Gənc musiqiçilər danimarkalı pianoçu və bəstəkar Frederik Kulavın "Grand trio", macar fleyta virtuozu və bəstəkarı Frans Dopplerin "Andante et Rondo", fransız bəstəkarı və pianoçusu Kamil Sent-Saensin (Camille Saint-Saens) "Le Cygne" əsərlərini ifa edilib. Musiqiçilərin ifası alqışlarla qarşılanıb.Məlumat üçün bildirək ki, Prezident təqaüdçüsü Ağarəhim Quliyev Bakıda musiqiçi ailəsində anadan olub. Hələ 9 yaşında L.M.Rostropoviç musiqi məktəbində fleyta üzrə dərslərə başlamış gənc musiqiçi qısa zamanda istedadlı olduğunu göstərib və "İlin kəşfi" mükafatı laureatı, eləcə də nəfəs alətləri üzrə dövlət müsabiqəsinin qalibi olub.2012-ci ildə İslam ölkələrinin gənc musiqiçiləri üçün keçirilən ilk beynəlxalq müsabiqədə Qran-pri mükafatına layiq görülüb. Müsabiqədən sonra Samaradakı (Rusiya) Yuri Başmet Musiqi Akademiyasına daxil olub. Ağarəhim 2013-cü ildə Estoniyanın "Baltik ulduzları" beynəlxalq yarışmasında birinci yeri, Gürcüstanda keçirilən "Gələcəyin ulduzları" beynəlxalq müsabiqəsinin Qran-Prisini qazanıb.Azərbaycanlı gənc fleytaçının Parisdə UNESCO mənzil qərargahı, Hall Corto, Kremlin konsert salonu, Notre Dame des Blanc Manteaux, Saint Merry, Saint Eustache kilsələrində konsertləri olub. O, "Sir James Galway" beynəlxalq fleyta festivalı, İtaliyadakı Severino Gazelloni Festivalında iştirak edib.Gənc fleytaçı 2018-ci ildən Paris Ecole Normale de Musique-də məşhur fleytaçı Patricia Naglenin sinfində təhsilini davam etdirir. Elə həmin il Parisdə keçirilən "Clés d'Or" beynəlxalq yarışmasında birincilik qazanıb.2021-ci ildə Ağarəhim ən çətin müsabiqəni fərqlənmə ilə başa vuraraq, Paris Regional Konservatoriyasına daxil olub.Həmçinin oxuyun:Xalq artisti XII Qəbələ Musiqi Festivalından danışırDünyanın ən gözəl musiqiləri Qəbələdə səsləndi
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/09/427657286_0:313:1200:1068_1920x0_80_0_0_ca2b279e98ac8df952f94800286d6055.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, musiqiçi, fleyta, konsert, paris, azərbaycanlı, xeyriyyə, dünya, azərbaycan
xəbərlər, musiqiçi, fleyta, konsert, paris, azərbaycanlı, xeyriyyə, dünya, azərbaycan
Azərbaycanlı musiqiçi Parisdə xeyriyyə konserti verib
12:13 09.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Azərbaycanlı gənc ifaçını konsertdə braziliyalı fleytaçı Eduardo Rosa və ingilis pianoçu Julyan Miles müşayiət edib. Konsertdə müxtəlif kamera musiqi parçaları səsləndirilib.
BAKI, 9 avqust — Sputnik. Parisin Müqəddəs Merri kilsəsində istedadlı azərbaycanlı fleytaçı Ağarəhim Quliyevin xeyriyyə konserti olub.
Sputnik Azərbaycan xəbər verir ki, konsertdə 150-dən çox musiqisevər iştirak edib. Azərbaycanlı gənc ifaçını konsertdə braziliyalı fleytaçı Eduardo Rosa və ingilis pianoçu Julyan Miles müşayiət ediblər. Konsertdə müxtəlif kamera musiqi parçaları səsləndirilib.
Gənc musiqiçilər danimarkalı pianoçu və bəstəkar Frederik Kulavın "Grand trio", macar fleyta virtuozu və bəstəkarı Frans Dopplerin "Andante et Rondo", fransız bəstəkarı və pianoçusu Kamil Sent-Saensin (Camille Saint-Saens) "Le Cygne" əsərlərini ifa edilib. Musiqiçilərin ifası alqışlarla qarşılanıb.
Məlumat üçün bildirək ki, Prezident təqaüdçüsü Ağarəhim Quliyev Bakıda musiqiçi ailəsində anadan olub. Hələ 9 yaşında L.M.Rostropoviç musiqi məktəbində fleyta üzrə dərslərə başlamış gənc musiqiçi qısa zamanda istedadlı olduğunu göstərib və "İlin kəşfi" mükafatı laureatı, eləcə də nəfəs alətləri üzrə dövlət müsabiqəsinin qalibi olub.
2012-ci ildə İslam ölkələrinin gənc musiqiçiləri üçün keçirilən ilk beynəlxalq müsabiqədə Qran-pri mükafatına layiq görülüb. Müsabiqədən sonra Samaradakı (Rusiya) Yuri Başmet Musiqi Akademiyasına daxil olub. Ağarəhim 2013-cü ildə Estoniyanın "Baltik ulduzları" beynəlxalq yarışmasında birinci yeri, Gürcüstanda keçirilən "Gələcəyin ulduzları" beynəlxalq müsabiqəsinin Qran-Prisini qazanıb.
Azərbaycanlı gənc fleytaçının Parisdə UNESCO mənzil qərargahı, Hall Corto, Kremlin konsert salonu, Notre Dame des Blanc Manteaux, Saint Merry, Saint Eustache kilsələrində konsertləri olub. O, "Sir James Galway" beynəlxalq fleyta festivalı, İtaliyadakı Severino Gazelloni Festivalında iştirak edib.
Gənc fleytaçı 2018-ci ildən Paris Ecole Normale de Musique-də məşhur fleytaçı Patricia Naglenin sinfində təhsilini davam etdirir. Elə həmin il Parisdə keçirilən "Clés d'Or" beynəlxalq yarışmasında birincilik qazanıb.
2021-ci ildə Ağarəhim ən çətin müsabiqəni fərqlənmə ilə başa vuraraq, Paris Regional Konservatoriyasına daxil olub.