https://sputnik.az/20210809/Azrbaycanl-mktblilr-nnvi-Salam-Rusiya-proqramnda-itirak-edcklr-427661208.html
Azərbaycanlı məktəblilər ənənəvi "Salam, Rusiya!" proqramında iştirak edəcəklər
Azərbaycanlı məktəblilər ənənəvi "Salam, Rusiya!" proqramında iştirak edəcəklər
Sputnik Azərbaycan
Azərbaycanlı məktəblilər Rusiya paytaxtına "Rossotrudniçestvo"nun dəvəti ilə gedəcəklər. Onlar Moskvada bir həftə qalaraq, şəhərin və bölgənin əsas görməli... 09.08.2021, Sputnik Azərbaycan
2021-08-09T17:16+0400
2021-08-09T17:16+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
məktəblilər
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106180_0:320:3073:2048_1920x0_80_0_0_f1c2ddef339c2c1faf7180d406fba81d.jpg
BAKI, 9 avqust — Sputnik. Moskvada keçiriləcək ənənəvi "Salam, Rusiya!" mədəni-təhsil proqramında Azərbaycandan 2 müəllimin müşayiəti ilə 22 məktəbli iştirak edəcək. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, tədbirdə iştirak edəcək məktəblilər Rusiya tarixi və mədəniyyəti, habelə rus dili ilə bağlı keçirilən müsabiqə və olimpiadaların qalibləridir.Azərbaycanlı məktəblilər Rusiya paytaxtına "Rossotrudniçestvo"nun dəvəti ilə gedəcəklər. Onlar Moskvada bir həftə qalaraq, şəhərin və bölgənin əsas görməli yerlərini ziyarət edəcəklər. Bundan əlavə, onların maraqlı bir proqramda iştirak etməsi də nəzərdə tutulur.Gənclərin Dubnada Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda və Jukovskinin Mərkəzi Aerohidrodinamik İnstitutunda gənc alimlərlə tanış olmaları planlaşdırılır. Yeniyetmələr Moskva Simfonik Orkestrinin məşqlərində iştirak edəcək, məşhur heykəltəraş Leonid Baranovun emalatxanasına da baş çəkəcəklər.Məktəblilərin Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) rektoru Qriqori Zaslavski və Dövlət Milli Kitabxanasının direktoru Vadim Duda ilə görüşəcəkləri də nəzərdə tutulur. Daha sonra azərbaycanlı olimpiada qalibləri "Helikon-opera" və Mossovet teatrı, Xalq təsərrüfatı nailiyyətləri sərgisi, "Zaryadye" parkı, "Qələbə" muzeyi, Tarix muzeyi, "Vinzavod" müasir incəsənət mərkəzinə də baş çəkəcəklər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106180_0:0:2731:2048_1920x0_80_0_0_11d3a78958d7765865415fe23c562113.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, məktəblilər, azərbaycan
xəbərlər, məktəblilər, azərbaycan
Azərbaycanlı məktəblilər ənənəvi "Salam, Rusiya!" proqramında iştirak edəcəklər
17:16 09.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Azərbaycanlı məktəblilər Rusiya paytaxtına "Rossotrudniçestvo"nun dəvəti ilə gedəcəklər. Onlar Moskvada bir həftə qalaraq, şəhərin və bölgənin əsas görməli yerlərini ziyarət edəcəklər. Bundan əlavə, onların maraqlı bir proqramda iştirak etməsi də nəzərdə tutulur.
BAKI, 9 avqust — Sputnik. Moskvada keçiriləcək ənənəvi "Salam, Rusiya!" mədəni-təhsil proqramında Azərbaycandan 2 müəllimin müşayiəti ilə 22 məktəbli iştirak edəcək.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, tədbirdə iştirak edəcək məktəblilər Rusiya tarixi və mədəniyyəti, habelə rus dili ilə bağlı keçirilən müsabiqə və olimpiadaların qalibləridir.
Azərbaycanlı məktəblilər Rusiya paytaxtına "Rossotrudniçestvo"nun dəvəti ilə gedəcəklər. Onlar Moskvada bir həftə qalaraq, şəhərin və bölgənin əsas görməli yerlərini ziyarət edəcəklər. Bundan əlavə, onların maraqlı bir proqramda iştirak etməsi də nəzərdə tutulur.
Gənclərin Dubnada Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda və Jukovskinin Mərkəzi Aerohidrodinamik İnstitutunda gənc alimlərlə tanış olmaları planlaşdırılır. Yeniyetmələr Moskva Simfonik Orkestrinin məşqlərində iştirak edəcək, məşhur heykəltəraş Leonid Baranovun emalatxanasına da baş çəkəcəklər.
Məktəblilərin Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) rektoru Qriqori Zaslavski və Dövlət Milli Kitabxanasının direktoru Vadim Duda ilə görüşəcəkləri də nəzərdə tutulur. Daha sonra azərbaycanlı olimpiada qalibləri "Helikon-opera" və Mossovet teatrı, Xalq təsərrüfatı nailiyyətləri sərgisi, "Zaryadye" parkı, "Qələbə" muzeyi, Tarix muzeyi, "Vinzavod" müasir incəsənət mərkəzinə də baş çəkəcəklər.