QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Aşkarlanan minaların sayı açıqlandı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər /
ANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər / - Sputnik Azərbaycan, 1920, 09.08.2021
Abunə olmaq
Ötən həftə ərzində 180 piyadaəleyhinə mina aşkarlanıb. Bu müddətdə 3 tankəleyhinə mina və 112 partlamamış hərbi sürsat aşkarlanıb.
BAKI, 9 avqust — Sputnik. Azərbaycan Respubikasının Minatəmizləmə Agentliyi həftənin mina xəritəsini təqdim edib. ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən həftə ərzində 180 piyadaəleyhinə mina aşkarlanıb. Bu müddət ərzində əlavə olaraq 3 tankəleyhinə mina və 112 partlamamış hərbi sürsat da aşkar olunub. Ümumilikdə isə 1 273 934 kvadrat metr 127 ha ərazi təmizlənib.
© Azerbaijan National Agency for Mine ActionANAMA tərəfindən işğaldan azad edilən ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat
Cədvəl - Sputnik Azərbaycan, 1920, 01.10.2021
ANAMA tərəfindən işğaldan azad edilən ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat
Mina xəritələrinin verilməsi
Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
İyulun 3-də isə Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Əvəzində Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.
Həmçinin oxuyun:
Minaya düşən ANAMA əməkdaşının son durumu açıqlandı
ANAMA: İşğaldan azad edilmiş ərazilərdə ötən ay 630 mina aşkarlanıb
Xəbər lenti
0