https://sputnik.az/20210807/aldan-azad-edilmi-razilrd-hrbi-qulluqularn-rk-mslsi-427644765.html
İşğaldan azad edilmiş ərazilərdə hərbi qulluqçuların çörək məsələsi
İşğaldan azad edilmiş ərazilərdə hərbi qulluqçuların çörək məsələsi
Sputnik Azərbaycan
Nazirə məruzə edilib ki, ərazidə dislokasiya olunan bütün hərbi hissələrin şəxsi heyətinin gündəlik isti çörək təminatı bu zavod tərəfindən həyata keçirilir. 07.08.2021, Sputnik Azərbaycan
2021-08-07T15:54+0400
2021-08-07T15:54+0400
2021-08-07T17:24+0400
xəbərlər
video
multimedia
https://cdnn1.img.sputnik.az/img/07e5/08/07/427645285_0:111:1200:789_1920x0_80_0_0_db4101ef25545f7c24b6350f3f221bed.jpg
BAKI, 7 avqust - Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş bölgələrə Müdafiə Nazirliyinin rəhbər heyətinin səfəri davam edir.Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, Nazirliyin rəhbərliyi Kəlbəcər rayonu ərazisində tikilməkdə olan çörək sexinə baxış keçirib və aparılan tikinti işləri ilə maraqlanıb, inşaatın daha da keyfiyyətli aparılması üçün müvafiq tapırıqlar verilib.Sonra Müdafiə naziri Laçın rayonu ərazisində yerləşən çörək zavodunda olub.Nazirə məruzə edilib ki, ərazidə dislokasiya olunan bütün hərbi hissələrin şəxsi heyətinin gündəlik isti çörək təminatı bu zavod tərəfindən həyata keçirilir.Bildirilib ki, müasir avadanlıqlarla təchiz olunmuş çörək zavodunun fəaliyyəti tam avtomatlaşdırılıb. Bütün un məmulatları əl dəyilmədən və gigiyenik qaydalara əməl olunmaqla bişirilir.Sonda Müdafiə naziri şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/07/427645285_0:73:1200:827_1920x0_80_0_0_59ce49a5771325c1877abbf49df913b2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, multimedia
İşğaldan azad edilmiş ərazilərdə hərbi qulluqçuların çörək məsələsi
15:54 07.08.2021 (Yenilənib: 17:24 07.08.2021) Nazirə məruzə edilib ki, ərazidə dislokasiya olunan bütün hərbi hissələrin şəxsi heyətinin gündəlik isti çörək təminatı bu zavod tərəfindən həyata keçirilir.
BAKI, 7 avqust - Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş bölgələrə Müdafiə Nazirliyinin rəhbər heyətinin səfəri davam edir.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, Nazirliyin rəhbərliyi Kəlbəcər rayonu ərazisində tikilməkdə olan çörək sexinə baxış keçirib və aparılan tikinti işləri ilə maraqlanıb, inşaatın daha da keyfiyyətli aparılması üçün müvafiq tapırıqlar verilib.
Sonra Müdafiə naziri Laçın rayonu ərazisində yerləşən çörək zavodunda olub.
Nazirə məruzə edilib ki, ərazidə dislokasiya olunan bütün hərbi hissələrin şəxsi heyətinin gündəlik isti çörək təminatı bu zavod tərəfindən həyata keçirilir.
Bildirilib ki, müasir avadanlıqlarla təchiz olunmuş çörək zavodunun fəaliyyəti tam avtomatlaşdırılıb. Bütün un məmulatları əl dəyilmədən və gigiyenik qaydalara əməl olunmaqla bişirilir.
Sonda Müdafiə naziri şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.