Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Zəif yeri tapıblar": Pentaqon öz donanmasının gücsüzlüyünü etiraf edib

© Photo : U.S. Navy/ Matt BrownУдарная авианосная группировка ВМС США во главе с авианосцем Карл Винсон
Ударная авианосная группировка ВМС США во главе с авианосцем Карл Винсон - Sputnik Azərbaycan, 1920, 07.08.2021
Abunə olmaq
Təlimlərin bəzi mərhələlərinin Krım və Tayvan yaxınlığında keçiriləcəyini nəzərə alsaq, amerikalı dənizçilər rus və çinli hərbçilərin “əsəblərinə toxuna” bilərlər.
Beş donanma, minlərlə dənizçi, onlarla hərbi gəmi və sualtı qayıq – ABŞ-da son 40 ildə ən böyük Large Scale Exercise 2021 (LSE) hərbi-dəniz təlimləri start götürüb. Manevrlər eyni vaxtda 17 saat qurşağında iki həftə sürəcək – bu hətta Pentaqon üçün çoxdur. Məqsəd Rusiya və Çinə ABŞ donanmasının qüdrətini göstərməkdir.
İkinci dünya müharibəsinin təcrübəsi
Təlimlərin ssenarisi belədir: ABŞ-ın istənilən mümkün düşmənə qarşı bütün dünya üzrə qlobal fəaliyyət. Amerikalılar yeni taktiki və strateji üsulları sınaqdan keçirəcəklər, gəmilərin göyərtə aviasiyası ilə qarşılıqlı fəaliyyətini nəzərdən keçirəcəklər, qabaqcıl silahları və texnikanı işdə yoxlayacaqlar.
Admirallar eyni vaxtda bir neçə bölgədə fəaliyyət göstərmək bacarığını sübut etmək istəyirlər. ABŞ HDQ-nin bütün növlərdən olan gəmilərini cəlb ediblər -aviadaşıyanlar, raket kreyserləri, eskadra mina gəmiləri, sualtı qayıqlar, helikopterdaşıyanlar, üzən doklar. Beş operativ donanmanın və üç dəniz piyadaları ekspedisiya diviziyasının otuz altı vımpeli. Dronların və dəniz aviasiyasının fəal tətbiqi nəzərdə tutulur. Belə ki, “Karl Vinson” aviadaşıyanı ilk dəfə olaraq göyərtəsinə F-35C qırıcılarını götürərək dənizə çıxıb.
 Təlimlərin coğrafiyası: Atlatik okeanı, Sakit okean, Cənubi Çin, Şərqi Çin, Qara və Aralıq dənizləri. Hədəf soektri də genişdir. Komandanlığın əsas məqsədi gəmi birləşmələri arasında qarşılıqlı əlaqəni qurmaq, etibarlı məlumat mübadiləsi kanalı təşkil etmək, suüstü, sualtı və hava qüvvələrini əlaqələnirmək. Həmçinin bölünmüş dəniz əməliyyatlarını həyata keçirmək, şərti düşmənin sahili yaxınlığında avanqard bazaların qurulmasını yoxlamaq lazımdır.
Maraqlı detal: amerikalılar tədricən dənizdə əsas müharibə vasitəsi kimi tək aviadaşıyıcı zərbə qruplarından (AZQ) imtina edirlər. ABŞ donanma qüvvələri komandanı (US Fleet Forces Command) admiral Kristofer Qreydi bildirib ki, indi AZQ daha iri birləşmələrin tərkibində vahid komandanlıq altında olacaq. Əsas rol daha az iri birləşmələrə ayrılır.
"Biz artıq AZQ-nin tətbiqinin strategiyasını və taktikasını pis mənimsəməmişik, - Nyuport Hərbi-dəniz kollecinin professoru Ceyms Holms jurnalistlərə bildirib. – Təlimlərdə vurğunu kişik gəmilərin mobil qruplarına yönəldəcəklər. Onlar həm ayrıca, həm də digər birləşmələrlə birlikdə effektivdirlər. Bu qruplar hətta itki verdikdən sonra belə döyüş qabiliyyətlərini saxlamalıdırlar. Bu mənada biz İkinci dünya müharibəsi dövründəki yanaşmaya qayıdırıq. O zaman bizim çoxlu ucuz və kifayət qədər effektiv gəmilərimiz var idi. Onların bir hissəsini itirirdik, lakin donanma ümumilikdə döyüş qabiliyyətini saxlayırdı. Məhz ABŞ HDQ-nin itkilərə hazırlığı rəqiblərimiz üçün saxlayıcı amildir".
Qlobal hədəflər
Analitiklərin fikrincə, Large Scale Exercise beynəlxalq arenada Vaşinqtondan asılı olmayan siyasət yürüdən ölkələrə qarşı yönəlib. İlk növbədə söhbət Rusiya və Çindən gedir. Heç təşkilatçıların özləri də bunu çox gizlətmirlər.
Təlimlərin bəzi mərhələlərinin Krım və Tayvan yaxınlığında keçiriləcəyini nəzərə alsaq, amerikalı dənizçilər rus və çinli hərbçilərin “əsəblərinə toxuna” bilərlər. Demək iyun ayında Qara dənizdə Britaniyanın Defender eskadra mina gəmisi ilə olduğu kimi təxribatlar ola bilər. Lakin ekspertlər əmindirlər ki, təlimlərin əsas məqsədi daha qlobaldır.
"Təbii ki, Pentaqon beş donanmanı dənizçilərin sadəcə məşq etməsi üçün uürüşə göndərmir, - Hərni elmlər akademiyasının müxbir üzvü Sergey Sudakov RİA Novosti-yə deyib. – Yalnız bundan ötrü Vaşinqton bu cür genişmiqyaslı manevrlərə xərc çəkməzdi. Birləşmiş Ştatlar öz dünya üstünlüklərinin yeni modelini formalaşdırırlar. Diqqət yetirin: LSE-də yalnız amerikalılar iştirak edirlər, başqa NATO ölkələrini dəvət etməyiblər. Bütün dünyaya, o cümlədən, müttəfiqlərinə göstərmək istəyirlər ki, ABŞ planetdə istənilən düşmənin öhdəsindən təkbaşına gələ bilən aparıcı hərbi gücdür".
Ekspert vurğulayıb ki, Vaşinqtonun çoxdandır hamıya hərbi-dəniz əzələlərini göstərmək üçün münasib imkanı yox idi. ABŞ-da paradlar keçirilmir, Yaxın Şərqdə və Əfqanıstanda donanmanın tam gücü ilə fəaliyyət göstərməsi üçün yer yoxdur. Ölkənin siyasi imici də ciddi zədələnib: Donalda Trampın NATO ölkələri ilə mübahisələri, prezident seçkilərinin şübhəli nəticələri, BLM-qalmaqallar. Sudakov hesab edir ki, ABŞ, hərbi gücünü göstərərək dünyaya yenə də oyunda olduğunu sübut etmək istəyir.
Səhvlər üzərində iş
Əlbəttə,bu yeganə məqsəd deyil. İyul ayında Qərargah rəislərinin birləşmiş komitəsinin sədrinin müavini general Con Hayten ötənilki hərbi oyunların nəticələrini açıqlayıb. Oyunlarda Tayvan uğrunda Çinlə müharibə məşq edilirmiş. General etiraf edib: Amerika qoşunları virtual münaqişədə böyük hesabla "məğlub olublar".
"Şərti düşmən onilliklər ərzində bizim müharibə aparmaq üsullarımızı öyrənib və bizim nəyi nəvaxt edəcəyimizi yaxşı bilirdi", - Hayten qeyd edib.
Generalın sözlərinə görə, ABŞ Silahlı qüvvələrinin “axilles dabanı” hərbi haytekdən asılılıqdır: peyklərdən, uzaq mənzilli yüksək dəqiq silahdan, kibersilahdan, radioelektron mübarizə vasitələrindən. Son onilliklərin münaqişələrində amerikalılar texnoloji cəhətdən xeyli zəif düşmənlə mübarizə apaıblar. Müasir rabitə vasitələrinə qyeri-məhdud çıxış və sürətli məlumatlar mübadiləsi böyük üstünlük verirdi.
Haytenin fikrincə, Rusiya və Çinə Pentaqona informasiya sahəsində hökmranlıq etməyin necə vacib olduğu məlumdur. Və maraqlıdır ki, Moskva və Pekin Vaşinqtonu bu üstünlükdən məhrum edə bilərlər. General əmindir: irimiqyaslı müharibədə ruslar və çinlilər fəal surətdə ABŞ peyklərini, uzaq radiolokasiya ələkeçmə təyyarələrini və yerdəki rabitə qovşaqlarını söndürəcəklər, məhv edəcəklər və sıradan çıxaracaqlar.
Virtual Çin oyun zamanı düşməni “kor və kar qoyub”. Amerikalılar nəticə çıxarıblar və Large Scale Exercise təlimlərinə hətta güclü ordu üzərində məlumat üstünlüyünə imkan verəcək çalışmaları daxil ediblər. Lakin, şübhəsizdir ki, Moskva və Pekin manevrləri ciddi şəkildə izləyəcəklər və amerikalı admiralların bütün taktiki və strateji nou-haularını detallı şəkildə təhlil edəcəklər.
Xəbər lenti
0