CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artisti XII Qəbələ Musiqi Festivalından danışır

© © Sputnik / Kamal AlmuradlıAzərbaycanın xalq artisti Mənsum İbrahimov
Azərbaycanın xalq artisti Mənsum İbrahimov - Sputnik Azərbaycan, 1920, 07.08.2021
Abunə olmaq
Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov deyir ki, bizim Vətən müharibəsindəki qalibiyyətimizdən sonra belə bir festival keçirildiyinə görə repertuatımızı, sözləri və bir çox şeyləri Qarabağa aid etmişdik
Mənsum İbrahimov: “Evə qapanmaq bizim kimi yaradıcı insanlar üçün çox çətin idi”
Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Təhsil və Mədəniyyət nazirliklərinin və Bakı Musiqi Akademiyasının dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalı başa çatıb.
Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov festival barədə təssüratlarını Sputnik Azərbaycan-a bölüşüb.
Xalq artisti bildirib ki, festivalda bir neçə dəfə iştirak edib: “Budəfəki festivalda açıq havada yetirmələrimlə birlikdə “Zəfər” adlı muğam kompazisiyası ilə çıxış etdik. Konsert çox möhtəşəm keçdi. Festivalın özəlliyi budur ki, hər il keçirilir və insanları bir araya gətirir. Bizim Vətən müharibəsindəki qalibiyyətimizdən sonra belə bir festival keçirildiyinə görə  repertuarımızı, sözləri və bir çox şeyləri Qarabağa aid etmişdik. Festival üçün çox darıxmışdıq. Bir il ərzində evə qapanmaq bizim kimi yaradıcı insanlar üçün çox çətin idi”.
Mənsum İbrahimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0