https://sputnik.az/20210807/Sabiq-icra-bas-9-mavini-is-8-il-6-ay-mddtin-azadlqdan-mhrum-edildi-427643977.html
Sabiq icra başçısı 9, müavini isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
Sabiq icra başçısı 9, müavini isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
Sputnik Azərbaycan
Məhkəmə cinayət yolu ilə əldə edilmiş vəsaitlərə görə, istintaqla üzərinə həbs qoyulmuş əmlakların dövlətin xeyrinə xüsusi müsadirə olunması barədə qərar qəbul... 07.08.2021, Sputnik Azərbaycan
2021-08-07T12:15+0400
2021-08-07T12:15+0400
2021-08-07T12:34+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460808239_0:440:2011:1571_1920x0_80_0_0_75be15ad7671ef366b29e5730c5a99de.jpg
BAKI, 7 avqust - Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılan Ağstafanın sabiq icra başçısı və müavininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 9 il, onun müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.Məhkəmə cinayət yolu ilə əldə edilmiş vəsaitlərə görə, istintaqla üzərinə həbs qoyulmuş əmlakların dövlətin xeyrinə xüsusi müsadirə olunması barədə qərar qəbul edib.Qeyd edək ki, DTX-nın yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.Həmçinin oxuyun:* Azərbaycanda icra hakimiyyəti başçısı və müavini saxlanılıblar* Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı barədə gözlənilən qərar* Ağstafa polisində kütləvi təmizləmə - Rəhbər heyət işdən çıxarıldı* Keçmiş icra başçısının cinayət işi icraata verilib* Sabiq Aparat rəhbərinin istintaqı başa çatdı* Neftçalanın keçmiş icra başçısı və digər vəzifəli şəxslər həbs edildi* Gözlənilən VİDEO: DTX Neftçala İcra hakimi ilə bağlı məlumat yaydı* Həbs edilən icra başçısının oğlu işdən çıxarıldı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460808239_0:252:2011:1760_1920x0_80_0_0_b54a88a05724c9a68e3640ca1b86187b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
Sabiq icra başçısı 9, müavini isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
12:15 07.08.2021 (Yenilənib: 12:34 07.08.2021) Məhkəmə cinayət yolu ilə əldə edilmiş vəsaitlərə görə, istintaqla üzərinə həbs qoyulmuş əmlakların dövlətin xeyrinə xüsusi müsadirə olunması barədə qərar qəbul edib.
BAKI, 7 avqust - Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılan Ağstafanın sabiq icra başçısı və müavininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 9 il, onun müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
Məhkəmə cinayət yolu ilə əldə edilmiş vəsaitlərə görə, istintaqla üzərinə həbs qoyulmuş əmlakların dövlətin xeyrinə xüsusi müsadirə olunması barədə qərar qəbul edib.
Qeyd edək ki, DTX-nın yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.