Azərbaycan Tokio-2020-ni qızılsız başa vurdu: medal qazanan idmançılarımız
20:28 07.08.2021 (Yenilənib: 20:52 07.08.2021)
Abunə olmaq
Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları ümumilikdə yeddi medal qazanıblar. Sputnik Azərbaycanın fotolentində medal qazanan idmançılarımızı izləyə bilərsiniz.
Azərbaycan idmançıları üçün Tokio-2020 Yay Olimpiya Oyunları başa çatdı. XXXII Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən 44 idmançıdan yeddisi medal qazana bilib.
Ölkəmizə ilk medalı cüdo yarışlarında İrina Kinderzka (+78 kq) qazandırıb. Azərbaycanlı cüdoçu bürünc mükafata yiyələnib. Daha sonra boks yarışlarında Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşi üzrə yarışlarda Rafiq Hüseynov (77 kq) da bürüc medal qazanıblar.
Karataçi Rafael Ağayev (75 kq) yalnız finalda italiyalı Luici Busaya uduzaraq Olimpiadada ikinci olub. Qadın karateçimiz İrina Zaretska da (+61 kq) gümüş mükafata layiq görülüb.
Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Mariya Stadnik isə bu dəfə bürünc medalla kifayətlənib.
Sərbəst güləş üzrə yarışlarda Hacı Əliyev də qızıl medal qazana bilməyib. Yalnız finalda yaponiyalı Takuto Otoquroya uduzan H.Əliyev gümüş medal qazanıb.
© AP Photo / Vincent ThianAzərbacyanda ilk medalı cüdo yarışlarında İrina Kinderzka (+78 kq) qazandırıb - bürünc medal.
1/7
© AP Photo / Vincent Thian
Azərbacyanda ilk medalı cüdo yarışlarında İrina Kinderzka (+78 kq) qazandırıb - bürünc medal.
© REUTERS / UESLEI MARCELINOAzərbaycanı təmsil edən əslən kubalı boksçu Alfonso Dominqes yarımfinalda elə öz həmyerlisi Arlen Lopes uduzaraq bürünc medalla kifayətlənib.
Azərbaycanı təmsil edən əslən kubalı boksçu Alfonso Dominqes yarımfinalda elə öz həmyerlisi Arlen Lopes uduzaraq bürünc medalla kifayətlənib.
© AFP 2024 / JACK GUEZYunan-Roma güləşi üzrə yarışlarda Rafiq Hüseynov (77 kq) da bürüc medal qazanıb.
3/7
© AFP 2024 / JACK GUEZ
Yunan-Roma güləşi üzrə yarışlarda Rafiq Hüseynov (77 kq) da bürüc medal qazanıb.
© REUTERS / ANNEGRET HILSEKarate dünyasının əfsanəsi, 36 yaşlı Rafael Ağayev qızıl medalın bir addımlığında dayanıb. Finalda italiyalı Luici Busa ilə üz-ezə gələn idmançımız 0:1 hesabı ilə uduzaraq yarışları ikinci yerdə başa vurub.
Karate dünyasının əfsanəsi, 36 yaşlı Rafael Ağayev qızıl medalın bir addımlığında dayanıb. Finalda italiyalı Luici Busa ilə üz-ezə gələn idmançımız 0:1 hesabı ilə uduzaraq yarışları ikinci yerdə başa vurub.
© REUTERS / LEAH MILLISSərbəst güləş yarışlarında Hacı Əliyev bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Lakin finalda yaponiyalı Takuto Otoquroya uduzaraq gümüş medalla kifayətlənib.
Sərbəst güləş yarışlarında Hacı Əliyev bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Lakin finalda yaponiyalı Takuto Otoquroya uduzaraq gümüş medalla kifayətlənib.
© REUTERS / PIROSCHKA VAN DE WOUWQızıl medal ümidlərindən daha biri Mariya Stadnik finala gedən yolda Yaponiya təmsilçisinə uduzaraq bürünc medal uğrunda yarışlaraq qatılıb və üçüncü olub.
Qızıl medal ümidlərindən daha biri Mariya Stadnik finala gedən yolda Yaponiya təmsilçisinə uduzaraq bürünc medal uğrunda yarışlaraq qatılıb və üçüncü olub.
© REUTERS / ANNEGRET HILSEKarateçi İrina Zaretska Azərbaycanın Olimpiadada son qızıl ümidi olsa da, finalda misirli Misir təmsilçisi Feryal Abdelazizə uduzaraq gümüş medal qazanıb.
Karateçi İrina Zaretska Azərbaycanın Olimpiadada son qızıl ümidi olsa da, finalda misirli Misir təmsilçisi Feryal Abdelazizə uduzaraq gümüş medal qazanıb.