https://sputnik.az/20210807/AB-n-B-52-bombardmanlar-Talibann-mvqelrin-aviazrblr-endirib-427645894.html
ABŞ-ın B-52 bombardmançıları "Taliban"ın mövqelərinə aviazərbələr endirib
ABŞ-ın B-52 bombardmançıları "Taliban"ın mövqelərinə aviazərbələr endirib
Sputnik Azərbaycan
“Times” qəzeti ABŞ-ın müdafiə sahəsindəki mənbələrə istinadən xəbər vermişdi ki, Vaşinqton “Taliban” hərəkatının silahlıları ilə mübarizə üçün “B-52... 07.08.2021, Sputnik Azərbaycan
2021-08-07T21:18+0400
2021-08-07T21:18+0400
2021-11-16T20:28+0400
xəbərlər
dünya
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425552087_0:208:2048:1366_1920x0_80_0_0_6979013cc69e0008880122139fcfd05b.jpg
BAKI, 7 avqust - Sputnik. ABŞ-a məxsus “B-52 Stratofortress” bombardmançı təyyarələri Əfqanıstanın Cauzcan əyalətinin mərkəzi Şiberqanda “Taliban” radikal hərəkatının mövqelərinə aviazərbələr endirib, silahlı qruplaşmanın üzvləri arasında ağır itkilər olub.Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman “Twitter” səhifəsində yazıb.“Cauzcan əyalətinin Şiberqan şəhərində “Taliban” qruplaşması “B-52”-nin hədəfinə çevrilib. ABŞ Hərbi Hava Qüvvələrinin hava zərbələri nəticəsində terrorçular arasında ağır itkilər olub”, - deyə nazirlik nümayəndəsi bildirib.Qeyd edək ki, bir müddət əvvəl “Times” qəzeti ABŞ-ın müdafiə sahəsindəki mənbələrə istinadən xəbər vermişdi ki, Vaşinqton “Taliban” hərəkatının silahlıları ilə mübarizə üçün “B-52 Stratofortress” bombardmançılarını Əfqanıstana göndərib.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425552087_0:78:2048:1366_1920x0_80_0_0_f8995373b9efa239fc2272f114d1997d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
ABŞ-ın B-52 bombardmançıları "Taliban"ın mövqelərinə aviazərbələr endirib
21:18 07.08.2021 (Yenilənib: 20:28 16.11.2021) “Times” qəzeti ABŞ-ın müdafiə sahəsindəki mənbələrə istinadən xəbər vermişdi ki, Vaşinqton “Taliban” hərəkatının silahlıları ilə mübarizə üçün “B-52 Stratofortress” bombardmançılarını Əfqanıstana göndərib.
BAKI, 7 avqust - Sputnik. ABŞ-a məxsus “B-52 Stratofortress” bombardmançı təyyarələri Əfqanıstanın Cauzcan əyalətinin mərkəzi Şiberqanda “Taliban” radikal hərəkatının mövqelərinə aviazərbələr endirib, silahlı qruplaşmanın üzvləri arasında ağır itkilər olub.
Sputnik Azərbaycan
RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman “Twitter” səhifəsində yazıb.
“Cauzcan əyalətinin Şiberqan şəhərində “Taliban” qruplaşması “B-52”-nin hədəfinə çevrilib. ABŞ Hərbi Hava Qüvvələrinin hava zərbələri nəticəsində terrorçular arasında ağır itkilər olub”, - deyə nazirlik nümayəndəsi bildirib.
Qeyd edək ki, bir müddət əvvəl “Times” qəzeti ABŞ-ın müdafiə sahəsindəki mənbələrə istinadən xəbər vermişdi ki, Vaşinqton “Taliban” hərəkatının silahlıları ilə mübarizə üçün “B-52 Stratofortress” bombardmançılarını Əfqanıstana göndərib.