CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlin ilk 6 ayında yollarda görülən işlərin hesabatı təqdim edildi

© Azerbaijan Highway State AgencyHoradiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi - Sputnik Azərbaycan, 1920, 06.08.2021
Abunə olmaq
2021-ci ilin 6 ayı ərzində Bakı şəhər yollarında 251.4 min m2 sahədə asfalt-beton örtükdə cari təmir işləri də yerinə yetirilib.
BAKI, 6 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il 13 mart tarixli 2534 nömrəli Sərəncam ilə təsdiq edilmiş, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsündə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına 8, bu Sərəncama edilmiş 29 aprel 2021-ci il tarixli, 2613 nömrəli dəyişiklik barədə Sərəncama əsasən 3 avtomobil yolunun layihələndirilməsi və tikintisi işlərinə artıq başlanılıb.
Bunlardan ən qürurvericisi, Azərbaycanın Mədəniyyət Mərkəzi elan edilmiş Şuşa şəhərini işğaldan azad edərkən Rəşadətli Ordumuzun istifadə etdiyi "Zəfər Yolu"nun tikintisi layihəsidir. Bu yol M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149- cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101.9 km-dir, 2 hərəkət zolaqlı olmaqla 2021-ci ilin sentyabr ayının sonunda istifadəyə verilməsi nəzərdə tutulur.
Şuşa şəhərinə 2-ci avtomobil yolu, I texniki dərəcəli olmaqla M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən başlayır, uzunluğu 81.6 km, 4-6 hərəkət zolaqlı olacaqdır. Yol üzərində körpü və tunellər tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və "Zəfər Yolu" ilə müqayisədə 20.3 km qısa olacaqdır. Avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən "Zəngəzur" nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd hissəsinin (uzunluğu 123.8 km, 4-6 hərəkət zolaqlı) layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır. Avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 28 km olan Tərtər-Çaylı-Suqovuşan -Talış avtomobil yolunun təmir-bərpa işləri ərazi minadan təmizləndikdən sonra çox qısa müddət ərzində, 2 ay ərzində II texniki dəcəyə uyğun yenidən qurularaq istismara verilib.
Ölkə başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası" Sərəncamına uyğun olaraq Şuşa şəhərinə 2 avtomobil yolunun "Zəfər Yolu" (uzunluğu 101.9 km 2 hərəkət zolaqlı) və I texniki dərəcəli magistral avtomobil yolu (uzunluğu 81.6 km 4 hərəkət zolaqlı), Toğana-Kəlbəcər-İstisu (uzunluğu 83 km, 4 hərəkət zolaqlı), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123.8 km, 4-6 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın (70 km, 4 hərəkət zolaqlı), Kəlbəcər-Laçın (73 km, 2 hərəkət zolaqlı), Füzuli-Hadrut (13 km, 4 hərəkət zolaqlı), Bərdə-Ağdam (45 km, 4 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayıil-Hadrut (43 km, 4 hərəkət zolaqlı), Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (23 km, 2 hərəkət zolaqlı), Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası ( 22 km, 2 hərəkət zolaqlı) avtomobil yollarının tikintisi nəzərdə tutulmuşdur və bu işlər uğurla davam etdirilir.
Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "55 № li Yol İstismarı" MMC tərəfindən Göygöl rayonundakı Toğanalı kəndindən, Murov dağındakı Ömər aşırımdan keçməklə Kəlbəcər rayonuna gedən yola xidmət göstərmək üçün Kəlbəcərin Çəpli kəndində xüsusi mexanikləşdirimiş yol sahəsi təşkil edilmiş və onun maddi-texniki bazası yeni maşın-mexanizmlər hesabına möhkəmləndirilib. Sözügedən müəssisə tərəfindən Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolunda aparılan lazımı təmir işləri nəticəsində Müdafiə, Sərhəd və digər qoşun növlərinin hərbi nəqliyyat vasitələrinin, habelə dinc əhalinin fasiləsiz hərəkəti təmin edilib. Sözügedən yolun II texniki dərəcəyə uyğun yenidən qurulması üçün layihə sənədləri hazırlanır və Murov dağının altından uzunluğu (11.7 x 2 ) 23.4 km təşkil edəcək avtomobil tunelinin tikilməsi də nəzərdə tutulur. Bu imkan verəcəkdir ki, Toğanalı-Kəlbəcər avtomobil yolundan bütün il boyu fasiləsiz və təhlükəsiz istifadə edilsin.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2021-ci ilin 6 ayı ərzində 119.6 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunub.
O cümlədən :
Yerli əhəmiyyətli - 55.5 km,
Bakı şəhər yolları - 64.1 km.
2021-ci ilin 6 ayı ərzində Bakı şəhərində Qala-Pirallahı avtomobil yolunun 3.6 km-də, uzunluğu 76.7 m olan yerüstü piyada keçidinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il 26 fevral tarixli 2522 nömrəli Sərəncam ilə təsdiq edilmiş, 2021-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına 12 kəndlərarası avtomobil yolları layihəsinin, Şamaxı rayonunun daxili yollarının, Bakı şəhəri və onun 12 rayonunda qəsəbə daxili avtomobil yolların yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilib.
Cənab Prezident İlham Əliyev ümumilikdə 2020-ci ilin 6 ayı ərzində 9 dəfə avtomobil yollarının açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, öz dəyərli tövsiyyə və tapşırıqlarını verib.
Bakı şəhərinin avtomobil yolları
2021-ci ilin 6 ayı ərzində Bakı şəhərində ümumi uzunluğu 64.1 kilometr olan şəhər və qəsəbə daxili avtomobil yolları yenidən qurulmuş və təmir olunub.
Nərimanov rayonu - 5.76 km,
Binəqədi rayonu - 3 km,
Suraxanı rayonu - 5.2 km,
Qaradağ rayonu - 0.6 km,
Xəzər rayonu - 8.2 km,
Xətai rayonu - 6.7 km,
Sabunçu rayonu - 0.7 km,
Nəsimi rayonu - 1.9 km,
Nizami rayonu - 2.3 km.
2021-ci ilin 6 ayı ərzində Bakı şəhər yollarında 251.4 min m2 sahədə asfalt-beton örtükdə cari təmir işləri də yerinə yetirilib.
Daxili İnvestisiya hesabına yerinə yetirilən respublika əhəmiyyətli layihələr
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il 26 fevral tarixli 2522 nömrəli Sərəncam ilə 2021-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərcləri hesabına
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ( 92,0 km, 4 hərəkət zolaqlı),
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 132-197 km hissəsinin tikintisi ( 60 km, 4 hərəkət zolaqlı) işləri davam etdirilib.
Bundan əlavə, Bakı şəhəri, Xətai rayonunda "Ağ şəhər" layihəsi çərçivəsində yolların tikintisi və Nobel prospekti üzərində piyada körpüsünün tikintisi, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması (47,2 km), piyada keçidlərinin tikintisi, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin və Astaraçay çayı üzərində körpünün, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində Samur və Xanoba keçid məntəqələri arasında uzunluğu 24.5 km olan 1-ci texniki dərəcəli avtomobil yolunun , Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının, Susay-Xınalıq avtomobil yolunun ( 34.8 km), Abşeron rayonu ərazisində yerləşən palçıq vulkanları ətrafındakı müasir turizm infrastrukturuna aparan yeni avtomobil yolunun (21 km), Bakı şəhərinin Yasamal rayonundakı maşın bazarının yanından (Qanlı gölün qərb hissəsi – 1.3 km) sosial evlərə qədər yeni avtomobil yolunun tikintisi həyata keçirilib.
Xarici kredit hesabına yerinə yetirilən layihələr
2021-ci ilin 6 ayı ərzində xarici kredit vəsaiti hesabına M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130,15 km, 4 hərəkət zolaqlı) və M-5 magistral avtomobil yolunun Yevlax-Şəki hissəsinin yenidən qurulması (58,12 km, 2 hərəkət zolaqlı) layihələri üzrə işləri davam etdirilmişdir. Layihələr üzrə məlumat belədir:
M-2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi
Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir.
Podratçılar - Türkiyənin Özgun Yapi Senaye ve Ticaret AŞ (Lot 1), Polat Yapi Senaye ve Ticaret AŞ (Lot 2) və Azərbaycanın Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC (Lot 3) şirkətləri
Texniki nəzarətçi - İtaliyanın İRD Engineering şirkəti
01.07.2021-ci il tarixinə yerinə yetirilən işlər Lot 1 – 67.91, Lot 2 – 78.08%, Lot 3 – 51.33%, təşkil edir.
Uzunluğu 130.15 km olan I dərəcəli yolun tikintisi işlərinə 2019-cü ilin fevral ayında başlanmış, 2022-ci ildə başa çatdırılması nəzərdə tutulur.
2.Asiya İnkişaf Bankı (AİB) ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilən "M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Yevlax-Şəki hissəsinin tikintisi" layihəsi üzrə yerinə yetirilmiş işlərin, həmçinin "R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi" layihəsi üzrə yerinə yetirilmiş işlərin həcmi başa çatıb.
AİB-lə bağlanmış kredit sazişi çərçivəsində Şəki, Yevlax, Ucar, Zərdab, Ağcabədi rayonlarında 61.68 km uzunluğunda 10 kənd yolunun yenidənqurulması işləri həyata keçirilmiş, 18.94 km uzunluğunda Yevlax və Şəki rayonlarında nəzərdə tutulmuş kənd yolları başa çatdırılmış, 42.74 km uzunluğunda digər yollarda yenidənqurma işlərinin icrası 85% təşkil edib.
Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər
2021-ci ilin 6 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 462 yol nişanları, 6 927 siqnal dirəkləri, 1176 pm əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş, 500.7 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.
2021-ci ilin 6 ayı ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 321 yol-nəqliyyat hadisəsi baş vermişdir. Bunun nəticəsində 4 023 pm əyrixətli tirlər, 56 pm beton bardür, 118 pm mühafizə çəpərləri, 17 işıq dirəyi, 9 ədəd yol nişanı, 3 ədəd məlumat lövhəsi, 2 ədəd dayanacaq, 18 ədəd səsboğucu lövhə, 164 m2 alkapon üzlük və 21 m körpü məhəccəri yararsız hala düşüb.
Ümumilikdə yol təsərrüfatına 379 min manat məbləğində maddi ziyan dəymiş, bundan 255.3 min manatı (67.4 %) ödənilib.
Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 280 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunmuş, 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunmuş, 38 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.
Ekologiya və yaşıllaşdırma
Agentliyin Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli Cəmiyyətləri 1600 km magistral avtomobil yolunun, 1824 km respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3424 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərilir.
Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 585 468 ədəd, o cümlədən 1 317 806 ədəd çoxillik ağac mövcuddur.
Avtomobil yollarının təhkim zolağında 2019-2020-ci illərdə 193 886 ədəd , 2021-ci ilin I yarımilliyində isə 72 009 ədəd, ümumilikdə 443.2 hektar ərazidə 265 895 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə əməl olunması vəziyyəti haqqında
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin struktur bölmələrində, tabeliyində olan MMC-lərdə 2021-ci ilin yanvar-mart aylarında əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə işlər planlı şəkildə davam etdirilib.
Son altı ildə MMC-lər üçün 18 yeni inzibati bina tikilib istismara verilmiş, 5 MMC daha yaxşı iş şəraiti olan inzibati binalara və texniki-istehsalt bazasına köçürülmüş, bina və iş otaqları yenidən təmir edilmişdir. Əvvəllər əmək şəraiti və istehsalat fəaliyyəti zəif olan 10 MMC icarə yolu ilə hərtərəfli təminatı olan texniki-istehsalat bazalarına köçürülmüş və bu cəmiyyətlərdə iş şəratinin, əməyin mühafizəsinin təmin edilməsində, istehsalat fəaliyyətində ciddi irəliləyişlərə nail olunub.
Agentlik üzrə verilmiş Əmrə əsasən iş şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi üçün instrumental ölçmə işlərinin aparılması məqsədi ilə "Azəryolelmitədqiqatlayihə İnstitutu" MMC zəruri cihazların alınması və sertifikatlaşdırılması, mütəxəssislərin hazırlanması istiqamətində bir sıra işləri görmüşdür və yaxın vaxtlarda iş yerlərinin attestasiyasının keçirilməsi prossesinə başlanılması mümkün olacaq.
Həmçinin oxuyun:
"Zəfər yolu" bu ilin payızında istifadəyə veriləcək
Laçına dairəvi yol çəkilir
Xəbər lenti
0