CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özbəkistanın müstəqilliyinin 30 illiyi fonunda Bakı ilə Daşkəndin münasibətləri

© pixabay / falcoВид на город Ташкент, фото из архива
Вид на город Ташкент, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.08.2021
Abunə olmaq
Özbəkistanın xarici siyasət vektorunun gələcək inkişafı, Daşkəndin dialoq üzrə aparıcı tərəfdaşları ilə münasibətlərinin perspektivləri barədə diskussiyalar xüsusi aktuallıq kəsb edir.
BAKI, 6 avqust — Sputnik. Bu il Özbəkistan iki vacib siyasi hadisəni qeyd edəcək. Düz 30 il əvvəl 1991-ci il avqustun 31-də Özbəkistan Respublikasının dövlət müstəqilliyi elan olunub. Bundan əlavə, Şövkət Mirziyəyevin prezident seçilməsindən beş il keçir. İlin sonunda keçiriləcək prezident seçkilərində özbək dövlətçiliyinin gələcək inkişaf vektoru müəyyən olunacaq.
Bu hadisələrin fonunda Özbəkistanın xarici siyasət vektorunun gələcək inkişafı, Daşkəndin dialoq üzrə aparıcı tərəfdaşları ilə münasibətlərinin perspektivləri barədə diskussiyalar xüsusi aktuallıq kəsb edir.
Cənubi Qafqaz bölgəsində belə bir tərəfdaş Azərbaycandır.
Özbəkistanın son onilliklər ərzində dövlətçiliyin inkişafında hansı mərhələləri keçdiyi, prezident Ş.Mirziyəyevin dünya üçün açıqlıq kursu yeritməsinin fonunda ölkənin xarici siyasət strategiyasının həyata keçirilməsinin perspektivləri, Daşkənd və Bakı arasında siyasi dialoqun gələcəyi barədə avqustun 11-də 11:30-da Sputnik Azərbaycan-ın Multimedia Mərkəzində keçiriləcək dəyirmi masada danışılacaq. Tədbirdə Özbəkistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Bəhram Əşrəfxanov iştirak edəcək.
Dəyirmi masada Azərbaycanın tanınmış ekspertləri və ictimai xadimləri də iştirak edəcəklər.
Spikerlərə əvvəlcədən sualları bu ünvana göndərmək olar: ivelizade@gmail.com.
Tədbir Sputnik Azərbaycan-ın Facebook-dakı səhifəsində yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan-ın Multimedia Mərkəzinin ünvanı: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 М, 4-cü mərtəbə.
Xəbər lenti
0