Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Stenin müsabiqəsində onlayn səsvermə nəticəsində ən yaxşı foto müəyyən edilib

© Photo : Рафид Ясар, StenincontestСчастливый фермер
Счастливый фермер - Sputnik Azərbaycan, 1920, 05.08.2021
Abunə olmaq
İnternet istifadəçilərinin rəyinə görə, Andrey Stenin adına beynəlxalq fotojurnalistika müsabiqəsinin ən yaxşı fotosu olaraq banqladeşli Rafid Yasarın “Xoşbəxt fermer”i seçilib. Söhbət əlində gülkələmi məhsulunu tutmuş kəndli şəklindən gedir.
BAKI, 5 avqust — Sputnik. Foto onlayn istifadəçilərin səslərinin, demək olar ki, dörddəbirini toplayıb.
Yasar ümid edir ki, işinin geniş auditoriya tərəfindən qəbul eidlməsi ona arzusunu həyata keçirərək rejissor olmağa kömək edəcək. “Mən başa düşürəm ki, xalq səsverməsi hələ Qran-Pri deyil, lakin hər bir səs dəstək işarəsidir. Bilmirəm, iştirakçılar arasında bu müsabiqədə məndən çox qələbə arzulayan kimsə var, ya yox. Lakin istənilən halda, qoy ən güclü qalib gəlsin”, - o deyib.
Sentyabrın sonunda Andrey Stenin adına müsabiqə onlayn mərasim formatında ilin əsas intriqasını – Qran-Prinin sahibini, həmçinin 2021-ci ilin şort-listinə daxil olan laureatları açıqlayacaq. Təşkilatçılar ənənəvi olaraq ilin sonunadək qaliblərin işlərinin dünya şəhərləri üzrə beynəlxalq turnesinə başlamağı planlaşdırırlar.

Müsabiqə haqqında

“Rossiya seqodnya” BİA tərəfindən Rusiya Federasiyasının YUNESKO işləri üzrə komissiyasının egidası altında təşkil olunmuş Andrey Stenin adına Beynəlxalq fotojurnalistika müsabiqəsi qarşısına gənc fotoqrafları dəstəkləməyi və ictimaiyyətin diqqətini müasir fotojurnalistikanın vəzifələrinə cəlb etmək məqsədini qoyur. Bura istedadlı, həssas və hər cür yeniliyə açıq, yanımızdakı insanlara və hadisələrə diqqət yetirən gənc fotoqraflar üçün meydançadır.
Müsabiqənin baş informasiya tərəfdaşları rolunda çıxış edirlər: «Россия-Культура» Ümum-Rusiya dövlət telekanalı, “Moskva 24” telekanalı, Вести.Ru () xəbərlər portalı.
Müsabiqənin beynəlxalq informasiya tərəfdaşları bunlardır: Sputnik informasiya agentliyi və radiosu, RT telekanalı və portalı, Askanews informasiya agentliyi, Independent Media mediaholdinqi, Telam informasiya agentliyi, ANA xəbər agentliyi, Shanghai United Media Group (SUMG), China Daily qəzetinin internet portalı, The Paper internet portalı, Al Mayadeen mediaşəbəkəsi, Prensa Latina informasiya agentliyi, DBW internet portalı. 
Xəbər lenti
0