https://sputnik.az/20210805/Restoran-v-kafelrd-qanunsuzluq-427629672.html
Restoran və kafelərdə qanunsuzluq baş alıb gedir: Suyu da oğurlayırlar
Restoran və kafelərdə qanunsuzluq baş alıb gedir: Suyu da oğurlayırlar
Sputnik Azərbaycan
"Azərsu"nun apardığı araşdırma zamanı məlum olub ki, "Qu Gölü" restoranında və "Məhəllə" kafesində su sayğacı olsa da, su təchizatı sayğacdankənar xətt... 05.08.2021, Sputnik Azərbaycan
2021-08-05T20:46+0400
2021-08-05T20:46+0400
2021-08-05T18:44+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/41067/48/410674839_0:134:1920:1214_1920x0_80_0_0_78687b701659f278cd23819eef4a2440.jpg
BAKI, 5 avqust — Sputnik. Sumqayıt şəhərində içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb. Bu barədə "Azərsu" ASC məlumat yayıb.Bildirilib ki, şəhərdə həyata keçirilən nəzarət tədbirləri nəticəsində vətəndaşlar və sahibkarlar tərəfindən su təchizatı sistemlərinə qeyri-qanuni müdaxilə olunduğu və sudan qanunsuz istifadə edildiyi aşkar edilib.Aparılan yoxlamalar zamanı məlum olub ki, Bakı-Sumqayıt avtomobil yolunun kənarında yerləşən "Qu Gölü" restoranında su sayğacı olsa da su təchizatı sayğacdankənar xətt vasitəsilə aparılıb. "Məhəllə" adlanan kafedə də sudan uçotsuz istifadə halı üzə çıxıb.Su təchizatı sistemlərinə qoşulmaq üçün texniki şərti olmayan kafenin sahibi yaxınlıqdakı şəbəkədən özbaşına birləşmə edib. Nəzarət tədbirləri zamanı Sumqayıt şəhərinin ətraf qəsəbə və yeni yaşayış massivlərində bəzi sakinlərin sudan uçotsuz və sayğacdankənar istifadə etdiyi məlum olub.Hətta elə abunəçilər var ki, unikal üsullardan istifadə edərək, gizli yollarla ev və həyətyanı sahələrə qanunsuz su xəttləri çəkib. Aşkarlanan hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq, ödənişə yönəldilib. Eyni zamanda vətəndaşlar və sahibkarlar içməli su şəbəkələrinə qoşulmaq üçün texniki şərtin alınması və qoşulma qaydaları barədə məlumatlandırılıb.Bu ilin birinci yarısında sudan qanunsuz istifadə ilə bağlı "Azərsu" üzrə 9 169, Sumqayıt şəhəri üzrə isə 954 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq, 2,44 milyon kubmetr, Sumqayıt şəhəri üzrə isə 265 min kubmetr sərfiyyat bərpa olunub.Qeyd edək ki, bundan əvvəl Xəzər rayonu "Albalılıq-2" adlanan yaşayış massivində də sudan qanunsuz istifadə halları aşkarlanmışdı. Xəzər Sukanal İdarəsinin əməkdaşları tərəfindən aşkarlanmış qanunsuz su xətləri kəsilərək, sudan qeyri-qanuni istifadənin qarşısı alınmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41067/48/410674839_0:0:1700:1275_1920x0_80_0_0_4f104d5df9a636f1face35e9b029f99d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
Restoran və kafelərdə qanunsuzluq baş alıb gedir: Suyu da oğurlayırlar
"Azərsu"nun apardığı araşdırma zamanı məlum olub ki, "Qu Gölü" restoranında və "Məhəllə" kafesində su sayğacı olsa da, su təchizatı sayğacdankənar xətt vasitəsilə aparılıb.
BAKI, 5 avqust — Sputnik. Sumqayıt şəhərində içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb. Bu barədə "Azərsu" ASC məlumat yayıb.
Bildirilib ki, şəhərdə həyata keçirilən nəzarət tədbirləri nəticəsində vətəndaşlar və sahibkarlar tərəfindən su təchizatı sistemlərinə qeyri-qanuni müdaxilə olunduğu və sudan qanunsuz istifadə edildiyi aşkar edilib.
Aparılan yoxlamalar zamanı məlum olub ki, Bakı-Sumqayıt avtomobil yolunun kənarında yerləşən "Qu Gölü" restoranında su sayğacı olsa da su təchizatı sayğacdankənar xətt vasitəsilə aparılıb. "Məhəllə" adlanan kafedə də sudan uçotsuz istifadə halı üzə çıxıb.
Su təchizatı sistemlərinə qoşulmaq üçün texniki şərti olmayan kafenin sahibi yaxınlıqdakı şəbəkədən özbaşına birləşmə edib. Nəzarət tədbirləri zamanı Sumqayıt şəhərinin ətraf qəsəbə və yeni yaşayış massivlərində bəzi sakinlərin sudan uçotsuz və sayğacdankənar istifadə etdiyi məlum olub.
Hətta elə abunəçilər var ki, unikal üsullardan istifadə edərək, gizli yollarla ev və həyətyanı sahələrə qanunsuz su xəttləri çəkib. Aşkarlanan hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq, ödənişə yönəldilib. Eyni zamanda vətəndaşlar və sahibkarlar içməli su şəbəkələrinə qoşulmaq üçün texniki şərtin alınması və qoşulma qaydaları barədə məlumatlandırılıb.
Bu ilin birinci yarısında sudan qanunsuz istifadə ilə bağlı "Azərsu" üzrə 9 169, Sumqayıt şəhəri üzrə isə 954 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq, 2,44 milyon kubmetr, Sumqayıt şəhəri üzrə isə 265 min kubmetr sərfiyyat bərpa olunub.
Qeyd edək ki, bundan əvvəl Xəzər rayonu "Albalılıq-2" adlanan yaşayış massivində də sudan qanunsuz istifadə halları aşkarlanmışdı. Xəzər Sukanal İdarəsinin əməkdaşları tərəfindən aşkarlanmış qanunsuz su xətləri kəsilərək, sudan qeyri-qanuni istifadənin qarşısı alınmışdı.