https://sputnik.az/20210805/Quru-Qounlar-Komandanlnn-bir-ne-hrbi-obyekti-istifady-verilib-427625142.html
Quru Qoşunları Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verilib
Quru Qoşunları Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verilib
Sputnik Azərbaycan
General-polkovnik Z.Həsənov hərbi hissələrin şəxsi heyətinin sosial-məişət və xidmət şəraitinin daha da yaxşılaşdırılması üzrə müvafiq tapşırıqlar verib. 05.08.2021, Sputnik Azərbaycan
2021-08-05T10:53+0400
2021-08-05T10:53+0400
2021-11-17T00:00+0400
xəbərlər
video
multimedia
cəmiyyət
quru qoşunu
hərbi hissə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/05/427624885_0:38:1200:716_1920x0_80_0_0_a1ddd9482d5c00b16dd66a3ee5526e4c.jpg
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və qoşun xidmətinin təşkili üzrə tədbirlərin keçirilməsi davam edir.Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidentinin Quru Qoşunları Komandanlığının yaradılması haqqında müvafiq sərəncamının icrası məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Komandanlığın yeni istifadəyə verilmiş bir neçə hərbi obyektində olub.Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.Müdafiə naziri Quru Qoşunları Komandanlığının qərargah binasına baxış keçirib. Məruzə olunub ki, qərargahda müasir ümumqoşun döyüşü şəraitində hərbi əməliyyatların və qoşunların avtomatlaşdırılmış idarəetmə sistemləri üçün nəzərdə tutulmuş məntəqələr, həmçinin sinif və xidməti otaqlar fəaliyyət göstərir.Sonra Müdafiə naziri Komandanlığın tərkibinə daxil olan idarələrinin inzibati binalarında, həmçinin əsgər yataqxanası və atış şəhərciyində yaradılan şəraitlə tanış olub.General-polkovnik Z.Həsənov hərbi hissələrin şəxsi heyətinin sosial-məişət və xidmət şəraitinin daha da yaxşılaşdırılması üzrə müvafiq tapşırıqlar verib.Eləcə də oxuyun:Zakir Həsənov ordunun döyüşə hazırlıq səviyyəsini yoxladıMüdafiə Nazirliyindən PUA açıqlaması: İctimaiyyəti aldatmağa çalışırlar
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/05/427624885_0:0:1200:754_1920x0_80_0_0_36b06104293144a8bbcf07ce416a5a29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, multimedia, quru qoşunu, hərbi hissə, azərbaycan
xəbərlər, multimedia, quru qoşunu, hərbi hissə, azərbaycan
Quru Qoşunları Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verilib
10:53 05.08.2021 (Yenilənib: 00:00 17.11.2021) General-polkovnik Z.Həsənov hərbi hissələrin şəxsi heyətinin sosial-məişət və xidmət şəraitinin daha da yaxşılaşdırılması üzrə müvafiq tapşırıqlar verib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və qoşun xidmətinin təşkili üzrə tədbirlərin keçirilməsi davam edir.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidentinin Quru Qoşunları Komandanlığının yaradılması haqqında müvafiq sərəncamının icrası məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Komandanlığın yeni istifadəyə verilmiş bir neçə hərbi obyektində olub.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.
Müdafiə naziri Quru Qoşunları Komandanlığının qərargah binasına baxış keçirib. Məruzə olunub ki, qərargahda müasir ümumqoşun döyüşü şəraitində hərbi əməliyyatların və qoşunların avtomatlaşdırılmış idarəetmə sistemləri üçün nəzərdə tutulmuş məntəqələr, həmçinin sinif və xidməti otaqlar fəaliyyət göstərir.
Sonra Müdafiə naziri Komandanlığın tərkibinə daxil olan idarələrinin inzibati binalarında, həmçinin əsgər yataqxanası və atış şəhərciyində yaradılan şəraitlə tanış olub.
General-polkovnik Z.Həsənov hərbi hissələrin şəxsi heyətinin sosial-məişət və xidmət şəraitinin daha da yaxşılaşdırılması üzrə müvafiq tapşırıqlar verib.
Zakir Həsənov ordunun döyüşə hazırlıq səviyyəsini yoxladı
Müdafiə Nazirliyindən
PUA açıqlaması: İctimaiyyəti aldatmağa çalışırlar