https://sputnik.az/20210805/Cebish-muellim-Qarabaghin-sonuncu-shahzadesi-haqda-danisir-426289779.html
Cəbiş müəllim Qarabağın sonuncu şahzadəsi haqqında danışır
Cəbiş müəllim Qarabağın sonuncu şahzadəsi haqqında danışır
Sputnik Azərbaycan
Cəbiş müəllim Sputnik Azərbaycan-ın oxucularını Qarabağın görkəmli azərbaycanlıları barədə məlumatlandırmağa davam edir. Bu dəfə söhbət böyük şairə, xan qızı... 05.08.2021, Sputnik Azərbaycan
2021-08-05T12:03+0400
2021-08-05T12:03+0400
2021-11-17T00:00+0400
xəbərlər
multimedia
infoqrafika
cəmiyyət
mədəniyyət
xurşidbanu natəvan
cəbiş müəllim
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/12/426262473_0:-1:1274:720_1920x0_80_0_0_7c6b84530ccf3a41b9a8d1e4d1e61977.png
Azərbaycanın Vətən müharibəsində qalib gəlməsi həyatımızın bütün sahələrində böyük ruh yüksəkliyi yaratdı.Doğma Vətənimizin ayrılmaz parçası Qarabağ dünya mədəniyyətinə, elminə və ictimai fikrinə böyük şəxsiyyətlər bəxş edib.Cəbiş müəllimin bugünkü qəhrəmanı Qarabağın xan nəslinin sonuncu varisi görkəmli şair, rəssam və xeyriyyəçi xan qızı Xurşidbanu Natəvandır.Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan 1832-ci ilin avqustunda Şuşada anadan оlub. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sonuncu vərəsəsi idi.Kiçik yaşlarından elmə, incəsənətə həvəsli olan Xurşidbanu Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfərində həmin şəhərlərin mədəni həyatına diqqət yetirib. “Məclisi-üns”ün ən dəyərli qonaqlarından olan Xan qızı təkcə qəzəl yazmır, eləcə də rəsm çəkməyə, tikmə sənətinə meyl edirdi. Hətta onun xidmətçisinə musiqi dərsi verərək onu məşhur xanəndə etməsi barədə də məlumatlar var.Xalq arasında hörmətini isə Xan qızı tək şeir-qəzəli ilə deyil, həm də xeyriyyəçiliyi ilə qazanmışdı. O, 1873-cü ildə Şuşaya su kəməri çəkdirmişdi: bəli, adını tez-tez eşitdiyiniz həmin o "Xan qızı bulağı"nı. Natəvanın Araz çayından Mil düzünə də su kəməri çəkməyə təşəbbüs etməsi barədə məlumatlar var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/12/426262473_0:-1:1146:720_1920x0_80_0_0_6486768b893eacd475f72710677d7ee7.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, multimedia, xurşidbanu natəvan, cəbiş müəllim, azərbaycan
xəbərlər, multimedia, xurşidbanu natəvan, cəbiş müəllim, azərbaycan
Cəbiş müəllim Qarabağın sonuncu şahzadəsi haqqında danışır
12:03 05.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Cəbiş müəllim Sputnik Azərbaycan-ın oxucularını Qarabağın görkəmli azərbaycanlıları barədə məlumatlandırmağa davam edir. Bu dəfə söhbət böyük şairə, xan qızı Xurşidbanu Natəvandan gedəcək.
Azərbaycanın Vətən müharibəsində qalib gəlməsi həyatımızın bütün sahələrində böyük ruh yüksəkliyi yaratdı.
Doğma Vətənimizin ayrılmaz parçası Qarabağ dünya mədəniyyətinə, elminə və ictimai fikrinə böyük şəxsiyyətlər bəxş edib.
Cəbiş müəllimin bugünkü qəhrəmanı Qarabağın xan nəslinin sonuncu varisi görkəmli şair, rəssam və xeyriyyəçi xan qızı Xurşidbanu Natəvandır.
Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan 1832-ci ilin avqustunda Şuşada anadan оlub. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sonuncu vərəsəsi idi.
Kiçik yaşlarından elmə, incəsənətə həvəsli olan Xurşidbanu Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfərində həmin şəhərlərin mədəni həyatına diqqət yetirib. “Məclisi-üns”ün ən dəyərli qonaqlarından olan Xan qızı təkcə qəzəl yazmır, eləcə də rəsm çəkməyə, tikmə sənətinə meyl edirdi. Hətta onun xidmətçisinə musiqi dərsi verərək onu məşhur xanəndə etməsi barədə də məlumatlar var.
Xalq arasında hörmətini isə Xan qızı tək şeir-qəzəli ilə deyil, həm də xeyriyyəçiliyi ilə qazanmışdı. O, 1873-cü ildə Şuşaya su kəməri çəkdirmişdi: bəli, adını tez-tez eşitdiyiniz həmin o "Xan qızı bulağı"nı. Natəvanın Araz çayından Mil düzünə də su kəməri çəkməyə təşəbbüs etməsi barədə məlumatlar var.