Baş nazir səhər yeməklərinin pulunu büdcəyə qaytardı

© pixabay / Paul_DAPARocksSəhər yeməyi
Səhər yeməyi - Sputnik Azərbaycan, 1920, 04.08.2021
Abunə olmaq
Nazirlər Kabinetinin başçısı həmçinin avqustun sonunadək ailə üzvlərinin cari il ərzində qidaya sərf etdiyi pulu da büdcəyə ödəmək niyyətindədir. 
BAKI, 4 avqust - Sputnik. Finlandiyanın Baş naziri Sanna Marin vergi ödəyicilərinin hesabına yediyi səhər yeməklərinin dəyərini ölkə büdcəsinə qaytarıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Finlandiyanın Ilta-Sanomat qəzeti yazır.
"Baş nazir 2020-ci il ərzində [büdcə hesabına olan] səhər yeməklərinin pulunu, təxminən 10 000 avrodan çox, ödəyib", - qəzet qeyd edib.
© © Vesa Moilanen/Lehtikuva/via REUTERS Sanna Marin
Sanna Marin - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Sanna Marin
Nazirlər Kabinetinin başçısı həmçinin avqustun sonunadək ailə üzvlərinin cari il ərzində qidaya sərf etdiyi pulu da büdcəyə ödəmək niyyətindədir. 
Jurnalistlər araşdırma apararaq öyrəniblər ki, baş nazirin ailəsi ölkə rəhbərliyinin iqamətgahında səhər yeməklərinə ayda 300 avro sərf edir. Ancaq Finlandiya qanunlarında ölkə başçısına ərzaq alınması barədə maddə yoxdur. Bu səbəbdən də Sanna Marin yeməyə sərf edilən pulu könüllü olaraq qaytarmaq qərarına gəlib.
Marin 2019-cu ilin dekabrından Finlandiyanın baş naziridir. Ondan öncə Finlandiyada daha iki qadın bu vəzifəni tutub. Marin vəzifəyə gələndə nəinki ölkəsinin, eləcə də dünyanın ən gənc baş naziri olmuşdu.
Eləcə də oxuyun:
Baş nazir futbolçuya ərə getdi
Nazir yeni Baş naziri "satıcı" adlandırdı
Ruslara ət əvəzinə böcək yedirəcəklər
Səhər yeməyinin şahı: Pendirin mayalanma resepti
Xəbər lenti
0