Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Burgerlə ölçülən valyutalar: əslində dollar neçəyədir

© Depositphotos.com / BodnarphotoДевушка ест бургер
Девушка ест бургер - Sputnik Azərbaycan, 1920, 03.08.2021
Abunə olmaq
"Big Mac İndeksi"ni 1986-cı ildə "The Economist" zarafat kimi icad edib. Ancaq indi bu, mahiyyət etibarilə alıcılıq qabiliyyəti paritetini təyin etmək üçün qeyri-rəsmi bir üsuldur - analoji məhsulların qiymətinə əsasən iki valyutanın bir-birinə nisbəti təyin edilir.
BAKI, 3 avqust — Sputnik. Rusiya və ABŞ-dakı "McDonald's" restoranlarında "Big Mac"ın qiymətinə əsasən, bir dollar 30 rubla başa gəlməlidir. Bu, 2013-ci ildəki göstəricidən azdır. Amerika iqtisadi jurnalının indikatoru nə qədər obyektivdir və niyə faktiki "burger" kotirovkaları bu qədər fərqlənir - RİA Novosti-nin materialında.

İqtisadçının zarafatı

"Big Mac indeksi"nə görə, Rusiya rublu, dəyərsizləşmə baxımından Livan funtundan sonra ikinci yerdədir. Burger eyni qiymətə satılmalıdır. Harada ki, onun qiyməti ABŞ-dakından daha ucuzsur, deməli, oradakı yerli valyutanın dəyərdən salınıb.
Rusiyada "Big Mac"ın qiyməti 169 rubldır, ABŞ-da isə 5.65 dollardır. Belə çıxır ki, ədalətli məzənnə 30-dur. Lakin real məzənnə - 74,53-dür. Yəni rus valyutası olduğundan təxminən 60 faiz aşağı qiymətləndirilir. Avro - 11,1, Britaniya funtu - 15,5% aşağı qiymətləndirilir.
Dörd pul vahidinin dəyəri isə olduğundan artıqdır. Venesuela bolivarı daha çox seçilir, o, 47,7 faiz ucuz olmalıdır. İsveçrə frankı - 24,7, Norveç və İsveç kronu - 11,5 və 9,6% dəyərindən artıqdır.
"Big Mac İndeksi"ni 1986-cı ildə "The Economist" jurnalı zarafat kimi icad edib. Ancaq indi bu, mahiyyət etibarilə alıcılıq qabiliyyəti paritetini təyin etmək üçün qeyri-rəsmi bir üsuldur - analoji məhsulların qiymətinə əsasən iki valyutanın bir-birinə nisbəti təyin edilir. İldə iki dəfə hesablanır.
Hər yerdə satıldığı üçün etalon kimi "McDonald's" hamburgerini seçdilər. Artıq 1980-ci illərdə fast-food restoranları şəbəkəsi qlobal biznesə çevrilmişdi. Xaraklterik "M" hərfi Bermud adalarında, İran, Makedoniya, Yəmən, Monteneqro, Şimali Koreya, Zimbabve, Boliviya, Ermənistan və İslandiyada yoxdur.
Əsas odur ki, klassik "Big Mac" hər yerdə eynidir və əlçatan məhsullardan ibarətdir: çörək, pendir, kotlet, tərəvəz.
Son iyul reytinqinə görə, əksər ölkələrdə "Big Mac" ABŞ-a nisbətən daha ucuzdur. Xüsusilə Avstraliyada, Səudiyyə Ərəbistanında və Qətərdə. Siyahının sonlarında Azərbaycan, Türkiyə, Cənubi Afrika da var.

Məşhur, lakin qeyri-obyektiv

Rubla lazımi dəyər verilməməsindən on illərdir ki, danışılır. Lakin "Big Mac indeksi" ilə yanaşı, bir çox digər amillər də var və burger müxtəlif ölkələrdə eyni qiymətə ola bilməz. Məsələn, Rusiyada əməkhaqqı və icarə pulu ABŞ-a nisbətən xeyli aşağıdır. Ona görə də qiymət daha aşağı olur. Üstəlik, məişət elektronikasından və ya smartfonlardan fərqli olaraq biqmakları heç kim idxal etmir, onları yerindəcə istehsal edirlər. "İPod indeksi"nə görə, rublun dəyərinin çox olduğu ortaya çıxır və biqmak daha ucuz satılmalıdır.
Bundan əlavə, "McDonald's" qiymətləri əhalinin real gəlirlərinə və alıcılıq qabiliyyətinə əsaslanaraq təyin edir. Vergi və rəqabəti də unutmaq  olmaz. Buna görə də "Big Mac indeksi" qeyri-obyektivdir. Daha mürəkkəb və şəffaf müqayisə üsulları da var. Məsələn, ilkin ehtiyac  məhsulları, xammal, yarımfabrikatların qiyməti əsasında. Onların qiymətini kommersiya sirri kimi saxlayan bir özəl şirkət deyil, bazar formalaşdırır.

İş "Big Mac"da deyil

Milli valyutanın məzənnəsini ölkənin uzunmüddətli ödəniş balansının və pul kütləsinin dinamikası müəyyən edir ki, bu da öz növbəsində inflyasiyaya təsir göstərir.
Mərkəzi banklar beynəlxalq və daxili valyuta bazarında əhəmiyyətli oyunçulardır. Tənzimləyicilər milli valyutanın kəskin düşməsinin qarşısını ala, yaxud da əksinə, möhkəmlənməni məhdudlaşdıra bilərlər.
Ölkələr arasında ticarət rəqabətində əsas metodlarından biri olduğu üçün valyuta məzənnəsi onların mütləq nəzarəti altındadır. Nəticədə pulun dəyəri çox vaxt təhrif olunur.
Üstəlik, sərbəst ticarət olunan hər hansı bir aktiv kimi, kotirovkalara bazar iştirakçılarının gözləntiləri daxil edilir.

Beləliklə, "biqmaq indeksi"nə etibar etmək olmaz.

"Qiymətləndirilməmiş onluğa əsasən dünyada yayılma baxımından ilk yüzlüyə düşməyənlər daxildir. Bunun bariz nümunəsi Livan funtudur. Buraya Rusiya rublu da daxil olub. Bununla yanaşı, ən çox qiymətləndirilən - ABŞ-dan bütün mümkün sanksiyaları "qazanmış" və dəhşətli inflyasiyanın hökm sürdüyü Venesuela bolivarıdır", - "CMS Institute"nun iqtisadi və maliyyə tədqiqatları departamentinin əməkdaşı Nikolay Pereslavski qeyd edib.
Onun sözlərinə görə, rubla son yeddi il ərzində geosiyasət təsir edib: Rusiya əleyhinə sanksiyalar, onların genişlənməsi riskləri. Neft kotirovkaları da ənənəvi olaraq vacib rola malikdir. Qara qızılın qiyməti artarkən Maliyyə Nazirliyinin valyuta almasının büdcə qaydası da təsir göstərir. Beləliklə, rublun həddən artıq möhkəmlənməsinin qarşısı süni şəkildə alınır. Ümumiyyətlə, məzənnə formalaşdırılması siyasəti rublun güclənməsinə kömək etmir. İş bundadır ki, orta dərəcədə zəif olan rubl xaricə tədarüklərdən büdcə gəlirlərini artırır. Bu, iqtisadiyyatda üstünlük təşkil edən ixracatçıların da marağındadır.
Dolayı amillər - daxili siyasət və qlobal maliyyə bazarlarının atmosferidir. "Sanksiyalar olmasaydı, Rusiya valyutasının kotirovkasının ən azı 1.5 dəfə baha olması ehtimalı çox yüksəkdir", – deyə ekspert bildirib.
Hər halda, ilin sonuna qədər dolların məzənnəsi 70 rubldan aşağı düşməyəcək. Ancaq siyasi risklərə görə 80-ni keçməsi də olduqca realdır. Çox güman ki, məzənnə dollar üçün 73-77, avro üçün isə 85-90 rubl civarında qalacaq.
Eləcə də oxuyun:
Dönüşü olmayan nöqtəyə gəldilər: ABŞ iqtisadiyyatı analitikləri məyus edib
Milyardlarla avronun dəfni: Merkelin gedişi çox şeyi dəyişə bilər
Rusiya və ABŞ Avropa bazarını bölüşdürürlər: qaz anbarlarını kim dolduracaq?
Az yeyəndə arıqlayır məsəli: Rusiyaya çox baha neft gərək deyil
Xəbər lenti
0