https://sputnik.az/20210803/Qusarda-restoran-icaredari-20-gun-muddetine-inzibati-hebs-edildi-427612376.html
Qusarda restoran icarədarı 20 gün müddətinə inzibati həbs edildi
Qusarda restoran icarədarı 20 gün müddətinə inzibati həbs edildi
Sputnik Azərbaycan
Obyektin icarədarına əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb. 03.08.2021, Sputnik Azərbaycan
2021-08-03T15:58+0400
2021-08-03T15:58+0400
2021-11-16T23:59+0400
xəbərlər
cəmiyyət
restoran
qusar
din
polis
karantin
xəbərdarlıq
toy
mərasim
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427609166_0:368:1497:1214_1920x0_80_0_0_f49a346b36ee1ac2f614c1fa7d8ea5db.jpg
BAKI, 3 avqust — Sputnik. Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı “Daymond” restoranında rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması hallarının müşahidə olunduğu toy mərasiminin keçirilməsini müəyyən edilib.Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Qusar rayon məhkəməsinin qərarı ilə restoranın icarədarı Elvin Tahirov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 20 gün müddətinə inzibati həbs edilib.Nazirliyin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə obyektin icarədarına əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.Qeyd edək ki, DİN tərəfindən hər gün gecə klubları, şadlıq saraylarında monitorinqlər aparılır, karantin qaydalarını pozan şəxslər cəzalandırılır.Paytaxtın Nərimanov rayonunda yerləşən "İnfiniti" gecə klubunda karantin qaydalarının pozulması ilə bağlı KİV-də yayılan görüntülər Nərimanov Rayon Polis İdarəsində araşdırılıb. Klubun icarədarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000, mühafizə xidmətinin əməkdaşı isə 200 manat məbləğində cərimə ediliblər.Eləcə də oxuyun:Toya buraxılmayanların sayı açıqlandıToylara görə monitorinq - Həbs edilən var
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427609166_0:321:1497:1261_1920x0_80_0_0_9a6eaeba4476eaaa96f712ee29db6254.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, restoran, qusar, din, polis, karantin, xəbərdarlıq, toy, mərasim, azərbaycan
xəbərlər, restoran, qusar, din, polis, karantin, xəbərdarlıq, toy, mərasim, azərbaycan
Qusarda restoran icarədarı 20 gün müddətinə inzibati həbs edildi
15:58 03.08.2021 (Yenilənib: 23:59 16.11.2021) Obyektin icarədarına əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.
BAKI, 3 avqust — Sputnik. Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı “Daymond” restoranında rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması hallarının müşahidə olunduğu toy mərasiminin keçirilməsini müəyyən edilib.
Daxili İşlər Nazirliyindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, Qusar rayon məhkəməsinin qərarı ilə restoranın icarədarı Elvin Tahirov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 20 gün müddətinə inzibati həbs edilib.
Nazirliyin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə obyektin icarədarına əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.
Qeyd edək ki, DİN tərəfindən hər gün gecə klubları, şadlıq saraylarında monitorinqlər aparılır, karantin qaydalarını pozan şəxslər cəzalandırılır.
Paytaxtın Nərimanov rayonunda yerləşən "İnfiniti" gecə klubunda karantin qaydalarının pozulması ilə bağlı KİV-də yayılan görüntülər Nərimanov Rayon Polis İdarəsində araşdırılıb. Klubun icarədarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000, mühafizə xidmətinin əməkdaşı isə 200 manat məbləğində cərimə ediliblər.
Toylara görə monitorinq -
Həbs edilən var