Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Peyvəndə qarşı əks göstərişi olanlar üçün imtiyazlara dair qaydalar hazırlanır

© Sputnik / Murad OrujovВакцинация сотрудников отельной индустрии в Азербайджане
Вакцинация сотрудников отельной индустрии в Азербайджане - Sputnik Azərbaycan, 1920, 03.08.2021
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi yoxdur, ona görə də Səhiyyə Nazirliyi bu məsələnin üzərində işləyir.
BAKI, 3 avqust — Sputnik. Hazırda Səhiyyə Nazirliyi peyvəndə qarşı əks göstərişi olan insanların hansı imtiyazlardan istifadə edə biləcəyi ilə bağlı qaydalar hazırlayır. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu agentliyə müsahibəsində Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov bildirib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məsələ ilə bağlı tövsiyəsi yoxdur.
"Azərbaycan hansı ölkə nəyi edir, götürüb ondan istifadə etmir, effektivliyi və problemləri qiymətləndiririk. Dövlət qurumları bunun üzərində işləyir. Bu gün Səhiyyə Nazirliyi hər bir peyvənd üçün əks göstərişləri müəyyən edib ki, kimlər peyvənd vurdura bilməz. Eyni zamanda Səhiyyə Nazirliyi peyvəndə qarşı əks göstərişi olan insanların hansı imtiyazlardan istifadə edə biləcəyi ilə bağlı qaydalar üzərinə işləyir, bu yaxınlarda təqdim olunacaq", - komitə üzvü bildirib.
Daha sonra millət vəkili bəzi şəxslərin peyvənd oluna bilmədiyi təqdirdə hansı imtiyazlardan, hansı şəraitdə və necə istifadə edə biləcəklərinə toxunub.
"Biz Vətən müharibəsində həmrəyliklə düşmənə qalib gəldik. Müharibə dövründə də müəyyən məhdudiyyətlər olur. Bu o demək deyil ki, biz ömür boyu belə yaşayacağıq. Səhiyyə Nazirliyi bu gün bu məsələnin üzərində sıx işləyir. Hansı qruplar üçün hansı şəraitdə hansı imtiyazların müəyyən olunması hazırda müzakirə olunur. Xüsusi bir beynəlxalq təcrübə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi olsaydı, bunu tətbiq edərdilər. Ona görə də Səhiyyə Nazirliyi bu məsələnin üzərində işləyir, tezliklə bu qaydalar təsdiqlənəcək", - deyə Məmmədov vurğulayıb.
Həmçinin oxuyun:
Azərbaycanda "Əks-göstəriş sertifikat"ı veriləcək
Xəbər lenti
0