CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin deputatları yenidən tətilə çıxıblar

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджанской Республики
Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 03.08.2021
Abunə olmaq
Toplantıda Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilib. Bununla da parlamentin növbədənkənar sessiyası işini yekunlaşdıırb.
BAKI, 3 avqust - Sputnik. Milli Məclisin deputatları yenidən tətilə çıxıblar.
"Report"un xəbərinə görə, parlamentin üzvləri avqustun 30-dək istirahətdə olacaqlar.
Qeyd edək ki, Milli Məclisin 53 deputatı növbədənkənar sessiyanın çağırılması üçün sədr Sahibə Qafarovaya müraciət etmişdi. S.Qafarova avqustun 3-də növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalamışdı. Bu gün növbədənkənar sessiyanın iclası keçirilib.
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən növbədənkənar sessiyanın iclasında 1 məsələ müzakirə olunaraq qəbul edilib.
Toplantıda Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilib. Bununla da parlamentin növbədənkənar sessiyası işini yekunlaşdıırb.
İclas Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Eldəniz Səlimovun deputat toxunulmazlığı ləğv edildi

Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.
Bu barədə qərar Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında qəbul edilib.
İclasda “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” məsələ müzakirə olunub.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Eləcə də oxuyun:
Baş Prokurorluq bıçaqlanan polis serjanti ilə bağlı məlumat yayıb
Milli Məclisin 53 deputatı Sahibə Qafarovaya müraciət edib
Yol göründü - Baş Prokuror Eldəniz Səlimovla bağlı parlamentə müraciət etdi
Polisi döyən deputatın məsələsi parlamentdə müzakirəyə çıxarılacaq
Xəbər lenti
0