CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş prokurorla Əli Hüseynlinin izahatları, spikerin deputata iradı - Gərgin debatlar

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.08.2021
Abunə olmaq
Eldəniz Səlimovla bağlı nə üçün vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanmasına aydınlıq gətirilib.
BAKI, 3 avqust — Sputnik. "Bu gün hər birimizin içində kədər var. Bu onunla bağlı deyil ki, öz həmkarımızın qələmini qırırıq. Burda hər bir deputatın nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam Komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb".
"Report"un xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
"Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz neyləyək rayonlara gedəndə polis bizə hərbi salam verdirdi, indi bizmi onlara verək? Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq", - o vurğulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova isə deputata sərt reaksiya verib. O bildirib ki, deputatın da, Milli Məclisin də yiyəsi Azərbaycan xalqıdır: "Şəxsən mən sizi iclasdan sonra kabinetimdə 10 dəqiqəlik səsə qulaq asmağa dəvət edəcəm. Mən kabinetdən çıxacam siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi".
"Deputat həmkarlarım arasında deputatın vəzifəli şəxs olması ilə bağlı mübahisəli fikirlər səsləndirildi".
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin iclasında Baş prokuror Kamran Əliyevin "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" təqdimatına münasibət bildirən Milli Məclis sədrinin Birinci müavini Əli Hüseynli söyləyib.
Ə. Hüseynli deyib ki, deputat vəzifəli şəxsdir və bir çox qanunun subyektidir: "Ona görə də Baş Prokurorluğun vəzifə həddini aşma ilə bağlı cinayət işi açması mübahisə yaratmamalıdır".
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında bəzi deputatlar deputatın vəzifəli şəxs sayılmadığını bildirib, bu halda deputat Eldəniz Səlimov barəsində Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmasını mübahisəli hesab ediblər.
Baş prokuror Kamran Əliyev Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatla bağlı deputatların suallarını cavablandırıb.
Baş prokuror deyib ki, Eldəniz Səlimovun hərəkəti Milli Məclisin nüfuzuna xələl gətirmir.
K. Əliyevin sözlərinə görə, əsas məsələ odur ki, Milli Məclis bununla bağlı qəti mövqe ortaya qoyur: “Bəzən sosial şəbəkələrdə Milli Məclisin ünvanına təhqiramiz ifadələr işlədildiyi bildirilir. Tək sosial şəbəkələrdə deyil, elektron media orqanlarında da vəzifəli şəxslər barədə bəzən etik olmayan məlumatlar yayılır. Hüquq-mühafizə orqanları qanun çərçivəsində mübarizə aparır, son dövrlər prokurorluq tərəfindən cinayət məsuliyyətinə, inzibati məsuliyyətə cəlb edilənlər olub. Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmasına gəlincə, hakimiyyət nümayəndələrinin vəzifəli şəxs olması heç vaxt mübahisə doğurmayıb. Polis zabitinə zəng edilərək ora çağırılıb. Deputatın tələbi qanunsuz olub, vəzifə səlahiyyətlərini aşıb, ona görə də 309-2-ci maddə ilə cinayət işi açılıb. Polis də vətəndaşdır, onun hüquqları pozulub. İkinci, polisin timsalında dövlətin nüfuzuna zərbə vurulub”.
Əvvəllər Eldəniz Səlimova bu hadisəyə qədər təzyiqlərin olub-olmamasına gəlincə, K. Əliyev istintaq materiallarında belə halların olmadığını qeyd edib: “Mən sosial şəbəkələrdən Eldəniz Səlimovun belə iddiasının olmasından xəbərim var. Bu iddia da araşdırılacaq. Hətta belə hal varsa, bunun da qanuni yolu var. Mən sübutları burada təhlil etmək istəyirəm. Başqa hal olsaydı, buna inzibati xəta kimi da baxıla bilərdi. Siz gələcəkdə cinayət işinin detalları ilə tanış olanda görəcəksiniz ki, bu, barışdırmaq müstəvisində olacaq bir hadisə deyil, tamam başqa məsələdir”.
Eləcə də oxuyun:
Baş Prokurorluq bıçaqlanan polis serjanti ilə bağlı məlumat yayıb
Milli Məclisin 53 deputatı Sahibə Qafarovaya müraciət edib
Yol göründü - Baş Prokuror Eldəniz Səlimovla bağlı parlamentə müraciət etdi
Polisi döyən deputatın məsələsi parlamentdə müzakirəyə çıxarılacaq
Xəbər lenti
0