Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda adambaşına düşən ət istehlakı normadan çox aşağıdır - mühüm səbəblər

© Sputnik / Ilham MustafayevМясо, фото из архива
Мясо, фото из архива  - Sputnik Azərbaycan, 1920, 03.08.2021
Abunə olmaq
Ölkədə otun, eləcə də digər yem bitkilərin istehsalı aşağı səviyyədədir. Məhsuldarlığın aşağı olmasına səbəb olan digər problem isə yem bazası zəif olduğu halda ölkədə kifayət qədər örüş sahəsinin olmamasıdır.
BAKI, 3 avqust — Sputnik. Bu ilin ilk 6 ayında Azərbaycana 18 308 27 ton ət idxal olunub. Sputnik Azərbaycan-ın Dövlət Gömrük Komitəsinə istinadən xəbərinə görə, idxal məhsulunun statistik dəyəri 31 883  61 min ABŞ dolları olub. 2020-ci ilin ilk 6 ayında isə 25 675 45 ton ət idxal olunmuşdu ki, bunun da statistik dəyəri 45 951 91 min ABŞ dolları olub.
Sputnik Azərbaycan ölkədə ət istehlakının aşağı olmasının səbəblərini araşdırmağa çalışıb.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, bu gün dünyada adambaşına illik ət istehlakının norması 76 kiloqramdır. Əksər ölkələrdə ət istehlakı ilə bağlı göstəricilər yüksək səviyyədə olsa da, Azərbaycanda bu, belə deyil.
Onun sözlərinə görə, ölkə əhalisinin ətə olan təminatının təxminən 45 faizi ödənilir. Ölkəmizlə bağlı rəqəmlərin ürəkaçan olmamasının səbəblərini isə ekspert məhsuldarlığın aşağı olması ilə əlaqələndirib:
"Azərbaycanda gün ərzində heyvanın çəki artımı təxminən 250-300 qram arasında dəyişir. Halbuki, elə ölkələr var, onlarda bu rəqəm 1 kilodan artıqdır, hətta 2 kiloya yaxındır. Elə təkcə bu rəqəm ölkəmizdə bu sahədə məhsuldarlığın nə qədər aşağı olduğunu göstərir".
Ekspert bildirir ki, problem həm də ətlik istiqamətdə cins heyvanların yetişdirilməməsindən qaynaqlanır: "Bu istiqamətdə seleksiya işləri demək olar ki, aparılmır. Ən əsas problem isə yem bazasının zəif olması ilə bağlıdır. Ölkədə kifayət qədər qüvvəli yem demək olar ki, tələbatın təxminən 5 faizi qədərində istehsal olunur".
V.Məhərrəmov deyir ki, ölkədə ot istehsalı, eləcə də digər yem bitkilərin istehsalı aşağı səviyyədədir. Məhsuldarlığın aşağı olmasına səbəb olan digər problem isə yem bazası zəif olduğu halda ölkədə kifayət qədər örüş sahəsinin olmamasıdır:
"Mövcud örüş sahələrinin də bir hissəsini əkin üçün istifadə etdilər ki, bu da yolverilməzdir. Yalnız ətə deyil, həm də südə olan tələbatımız normanın yarısı qədərdir. Bu da yem bazasının, seleksiya işlərinin zəifliyi və örüş bazalarının azlığı ilə əlaqədardır. Örüş bazalarında isə məhsuldarlıq aşağıdır. Orada suvarma işi aparılmır, yemləmə - gübrələrin verilməsi işləri görülmür".
Ekspert hesab edir ki, bütün sadaladığı problemlər əslində həll oluna biləndir: "Bütün dünya ölkələrində cins mal-qaranın yetişdirilməsi, seleksiya işləri ilə bağlı yaxşı təcrübələr mövcuddur. Ölkədə yem bazasının gücləndirilməsi üçün xüsusi dövlət proqramının qəbuluna ehtiyac var. Ümumiyyətlə, qəbul olunan dövlət proqramlarında nəzərdə tutulan tədbirlər də həyata keçirilmir".
V.Məhərrəmov Azərbaycanda nəinki ət, o cümlədən balıq istehlakının da aşağı olduğunu bildirir: "Hər bir məhsulun özünün illik istehlak norması var. Məsələn, dünyada adambaşına illik balıq istehlakı 21 kilodursa, Azərbaycanda bu rəqəm 7 kiloqramdır. Bu isə o deməkdir ki, idxalla birgə Azərbaycana balığa olan tələbat 33 faiz ödənilir. Əksər ölkələrdə illik olaraq adambaşına 24 kiloqram quş əti istehlak olunursa, Azərbaycanda bu rəqəm 10 kilodur".
 
 
 
 
 
 
 
Xəbər lenti
0