Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Həmişə xalqın qəlbində: Amaliya Pənahovanı indi burada da görəcəksiniz

© Sputnik / Kemale AliyevaЦеремония открытие ее барельефа народной артистки Амалии Панаховой
Церемония открытие ее барельефа народной артистки Амалии Панаховой - Sputnik Azərbaycan, 1920, 02.08.2021
Abunə olmaq
Azərbaycan kinosunun inkişafında mühüm rol oynamış məşhur aktrisaya həsr olunmuş tədbirdə Pənahovanın dostları və həmkarları iştirak ediblər.
BAKI, 2 avqust — Sputnik. Bakıda, Fikrət Əmirov küçəsi 1 ünvanındakı evin fasadına xalq artisti, ümumxalq sevgisini qazanmış Amaliya Pənahovanın barelyefi vurulub.
Sputnik Azərbaycan-nın məlumatına görə, bu münasibətlə təşkil olunmuş tədbirdə aktrisanın yaxınları, qohumları, həmkarları, həmçinin Bakı Bələdiyyə Teatrının kollektivi iştirak edib. Onların hər biri xalq artistinin xatirəsini ehtiramla yad edərək, onunla bağlı xatirələrini bölüşüb.
Azərbaycan Mədəniyyət naziri Anar Kərimov çıxışında aktrisanın teatr sənətində və kinoda dərin iz buraxdığını vurğulayıb. O qeyd edib ki, barelyefin açılışı xalq artistinin yaradıcılıq irsinə olan böyük məhəbbət və dərin hörmətin təzahüründən biridir.
© Sputnik / Kemale AliyevaAzərbaycan Mədəniyyət naziri Anar Kərimov
Церемония открытие ее барельефа народной артистки Амалии Панаховой - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Azərbaycan Mədəniyyət naziri Anar Kərimov
Heykəltəraş barelyefi bir il ərzində yaradıb
Barelyefin müəllifi xalq rəssamı Natiq Əliyevdir. Pənahovanın məzarı üzərindəki abidəni də Natiq Əliyev yaradıb, buna görə də aktrisanın ailəsi yenidən ona müraciət etmək qərarına gəlib. Bu dəfə iş onun üçün asan olmayıb. Əliyev üçün barelyef obrazı seçmək çətin olub.
“Məzar üçün abidə yaradanda böyük imkanlarım var idi. Mən o zaman ikimetrlik qranitdən istifadə edirdim. Bu dəfə isə barelyef olduğunu nəzərə alaraq qara qraniti seçdim. Bir neçə eskiz hazırladım. Barelyefdə Amaliya xanımın gözəlliyini, plastikasını və istedadını çatdırmaq istəyirdim. Barelyef bir il ərzində yaradılıb. Düşünürəm ki, yekun seçim çox uğurlu oldu", - Əliyev etiraf edib.
© Sputnik / Kemale AliyevaBakıda, Fikrət Əmirov küçəsi 1 ünvanındakı evin fasadına xalq artisti, ümumxalq sevgisini qazanmış Amaliya Pənahovanın barelyefi vurulub
Церемония открытие ее барельефа народной артистки Амалии Панаховой - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Bakıda, Fikrət Əmirov küçəsi 1 ünvanındakı evin fasadına xalq artisti, ümumxalq sevgisini qazanmış Amaliya Pənahovanın barelyefi vurulub
Gözəl aktrisa, həm də millət vəkili
Xalq artisti Elxan Qasımov Pənahova ilə eyni kursda təhsil alıb, buna görə də onların həmişə dostluq münasibətləri olub. O xatırladıb ki, Pənahova təkcə gözəl aktrisa və gözəl ana deyildi, o, həm də Parlamentdə millət vəkili idi. Hətta o, Ulu öndər Heydər Əliyevlə rəqs edən ilk azərbaycanlı aktrisadır.
Onun sözlərinə xalq artisti Həmidə Ömərova da qoşulub. Aktrisalar arasında heç bir rəqabət olmayıb, çünki hər biri digərinin istedadına heyran imiş.
"Biz çox dəyərli, istedadlı, əsl sənətkarı itirdik. O, teatrı və aktyorlar üçün hər şeyi etdi. Sənətkar Tereza ana kimi onların qayğısına qalırdı. Aktyorların probleminin olmaması onun üçün vacib idi. Amaliya bir nəsil aktyor yetişdirib. O, indi bizim qəlbimizdə və filmlərində yaşayır. O, Azərbaycan kinosunun qürurudur", - deyə Ömərova qeyd edib.
Mükəmməl tərəfdaş
Xalq artisti Rasim Balayev uzun müddət idi ki, ictimaiyyət qarşısına çıxmırdı, amma Amaliya Pənahovanın xatirinə tədbirə gəlib. Onlar bir çox filmlərdə birlikdə oynayıblar, lakin ən yaddaqalan obrazları «Babək» filmində olub. Balayev filmdə Babəkin, Pənahova isə onun yarı Zərnisə rolunu canlandırıb.
"Amaliya vəfat edəndə mən Türkiyədə müalicədə idim, buna görə də cənazəyə qatıla bilmədim. Bu günə qədər o mənim üçün sağ idi. İndi isə onun barelyefini görəndə başa düşdüm ki, Amaliya artıq bizimlə deyil. O, möhtəşəm və rahat bir tərəfdaş idi. Bu çox vacibdir. Çünki tərəfdaşlar bir-birlərinə enerji ötürürlər və uyğun gələndə əla film alınır", - deyə Balayev etiraf edib.
© Sputnik / Kemale AliyevaXalq artisti Rasim Balayev
Церемония открытие ее барельефа народной артистки Амалии Панаховой - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Xalq artisti Rasim Balayev
Amaliya Pənahovanın obrazını ekranda canlandırmaq - böyük şərəfdir
Pənahovanın doğum günü münasibətilə Azərbaycan İctimai Televiziyası (İTV) "Onun qəribə taleyi. Amaliya Pənahova" adlı bədii-sənədli filmi hazırlayaraq təqdim edib. Filmdə Pənahovanın obrazını Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktrisası Aygün Fətullayeva canlandırıb.
Məktəb və universitet illərində onu tez-tez xalq artisti ilə müqayisə edirmişlər, amma o, heç vaxt filmdə oynayacağını düşünmürmüş. Aygün heç vaxt onunla ünsiyyət qurmayıb, lakin universitetdə Pənahovanın ustad dərslərində iştirak edib.
© Sputnik / Kemale Aliyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktrisası Aygün Fətullayeva
Церемония открытие ее барельефа народной артистки Амалии Панаховой - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktrisası Aygün Fətullayeva
"Əlbəttə ki, ekranda görkəmli aktrisa, belə yaradıcı şəxsiyyət obrazını canlandırmaq mənim üçün böyük şərəfdir. Amaliya Pənahova bir çox aktyorların taleyində böyük rol oynayıb və mənim yaradıcılıq taleyimə də işıq saçıb. Ssenarini əlimə alan kimi həyəcan, qürur, dərin məsuliyyət hissi məni tərk etmədi. Filmdəki işimə elə yanaşırdım ki, o, Amaliya Pənahovanın adına, yaradıcılıq irsinə layiq olsun", - deyə Aygün Fətullayeva bildirib.
© Sputnik / Kemale AliyevaBakıda, Fikrət Əmirov küçəsi 1 ünvanındakı evin fasadına xalq artisti Amaliya Pənahovanın barelyefi vurulub
Церемония открытие ее барельефа народной артистки Амалии Панаховой - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Bakıda, Fikrət Əmirov küçəsi 1 ünvanındakı evin fasadına xalq artisti Amaliya Pənahovanın barelyefi vurulub
Tədbirin sonunda aktrisanın oğlu, diplomat İlqar Muxtarov anasının xatirəsinə göstərilən hörmət və ehtirama görə hər kəsə dərin minnətdarlığını bildirib. O qeyd edib ki, barelyefin açılışı dövlətin təkcə Amaliya Pənahovanın yaradıcılığına deyil, həm də bütövlükdə Azərbaycanın mədəniyyəti və incəsənətinə olan diqqət və qayğısını sübut edir.
Xalq artistinin mükafatları
Amaliya Pənahova SSRİ və Azərbaycan Dövlət mükafatı laureatıdır, «Şöhrət» və «Şərəf» ordenlərinə layiq görülüb. O, Avropanın əməkdar elm və mədəniyyət işçisi, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, sənətşünaslıq doktoru olub. O, teatr və kinoda 500-dən çox rol ifa edib, rejissor kimi 20-yə yaxın tamaşanı səhnələşdirib. Aktrisa 2018-ci il noyabrın 8-də vəfat edib.
 
Xəbər lenti
0