https://sputnik.az/20210802/Ermnistanda-Ba-nazir-vzifsin-namizd-irli-srld-427602106.html
Ermənistanın Baş naziri təyin olundu
Ermənistanın Baş naziri təyin olundu
Sputnik Azərbaycan
Ermənistan Konstitusiyasına görə, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən... 02.08.2021, Sputnik Azərbaycan
2021-08-02T12:28+0400
2021-08-02T12:28+0400
2021-11-16T20:28+0400
xəbərlər
ermənistan
baş nazir
parlament
nikol paşinyan
dünya
https://cdnn1.img.sputnik.az/img/40466/69/404666969_0:0:2000:1125_1920x0_80_0_0_b8f86070d79e178db9066fc516792fb4.jpg
BAKI, 2 avqust — Sputnik. Ermənistan parlamentində çoxluğu təşkil edən "Vətəndaş müqaviləsi" fraksiyası Baş nazir əvəzi Nikol Paşinyanın hökumət başçısı vəzifəsinə namizədliyini rəsmi olaraq irəli sürüb.Sputnik Ermənistan-ın verdiyi məlumata əsasən, fraksiyanın katibi Nazeni Baqdasaryan parlament çoxluğunun qərarını özünün "Facebook" səhifəsində paylaşıb.Ermənistan Konstitusiyasına görə, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən namizədliyi irəli sürülmüş şəxsi dərhal Baş nazir vəzifəsinə təsdiqləyir. Nazirlər Kabineti isə Baş nazir təsdiq olunduqdan sonrakı 15 gün ərzində təşkil edilir.Ermənistan prezidenti Armen Sarkisyan N.Paşinyanın ölkənin baş naziri təyin olunması haqda sərəncam imzalayıb.Ermənistanda parlament seçkiləriİyunun 20-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" 71, "Hayastan" bloku (Robert Koçaryan başçılıq edir) 29, "Şərəfim var" bloku (Serj Sarqsyan rəhbərlkik edir) 7 yer qazanıb.Deputat mandatından imtinalarErmənistan parlamentinə 18 namizəd, o cümlədən “Vətəndaş müqaviləsi” Partiyasının lideri, ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deputat mandatından imtina edib.Mandatdan imtina edən 16 namizəd “Vətəndaş müqaviləsi” Partiyasını təmsil edir. Paşinyandan savayı, parlamentin spikeri Ararat Mirzoyan da deputat mandatından imtina edib.Parlamentdə işləməkdən imtina edən digər iki namizəd “Ermənistan” blokunu təmsil edir. Onlardan biri blokun lideri Robert Köçəryan, digəri Marianna Yepremyandır. Parlamentdə yer qazanmış "Şərəfim var" blokundan heç kim deputat mandatından imtina etməyib.Eləcə də oxuyun:Kreml Paşinyanın sərhədə Rusiya hərbçilərini yerləşdirmək təklifinə reaksiya verdiBu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq - İlham ƏliyevPolitoloq: “Bunlar Ermənistan hakimiyyətində illuziyaların yaranmasına səbəb olub”
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40466/69/404666969_251:0:1751:1125_1920x0_80_0_0_12c2e8bad6677d48a27945c83d639809.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, ermənistan, baş nazir, parlament, nikol paşinyan, dünya
xəbərlər, ermənistan, baş nazir, parlament, nikol paşinyan, dünya
Ermənistanın Baş naziri təyin olundu
12:28 02.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Ermənistan Konstitusiyasına görə, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən namizədliyi irəli sürülmüş şəxsi dərhal Baş nazir vəzifəsinə təsdiqləyir.
BAKI, 2 avqust — Sputnik. Ermənistan parlamentində çoxluğu təşkil edən "Vətəndaş müqaviləsi" fraksiyası Baş nazir əvəzi Nikol Paşinyanın hökumət başçısı vəzifəsinə namizədliyini rəsmi olaraq irəli sürüb.
Sputnik Ermənistan-ın verdiyi məlumata əsasən, fraksiyanın katibi Nazeni Baqdasaryan parlament çoxluğunun qərarını özünün "Facebook" səhifəsində paylaşıb.
Ermənistan Konstitusiyasına görə, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən namizədliyi irəli sürülmüş şəxsi dərhal Baş nazir vəzifəsinə təsdiqləyir. Nazirlər Kabineti isə Baş nazir təsdiq olunduqdan sonrakı 15 gün ərzində təşkil edilir.
Ermənistan prezidenti Armen Sarkisyan N.Paşinyanın ölkənin baş naziri təyin olunması haqda sərəncam imzalayıb.
Ermənistanda parlament seçkiləri
İyunun 20-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" 71, "Hayastan" bloku (Robert Koçaryan başçılıq edir) 29, "Şərəfim var" bloku (Serj Sarqsyan rəhbərlkik edir) 7 yer qazanıb.
Deputat mandatından imtinalar
Ermənistan parlamentinə 18 namizəd, o cümlədən “Vətəndaş müqaviləsi” Partiyasının lideri, ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deputat mandatından imtina edib.
Mandatdan imtina edən 16 namizəd “Vətəndaş müqaviləsi” Partiyasını təmsil edir. Paşinyandan savayı, parlamentin spikeri Ararat Mirzoyan da deputat mandatından imtina edib.
Parlamentdə işləməkdən imtina edən digər iki namizəd “Ermənistan” blokunu təmsil edir. Onlardan biri blokun lideri Robert Köçəryan, digəri Marianna Yepremyandır. Parlamentdə yer qazanmış "Şərəfim var" blokundan heç kim deputat mandatından imtina etməyib.
Politoloq: “Bunlar Ermənistan hakimiyyətində
illuziyaların yaranmasına səbəb olub”